Sabah bu rayonda qaz olmayacaq
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sabah Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq.
Sfera.az xəbər verir ki, məhdudiyyət 76 mm və 89 mm borular korroziyaya uğradığı üçün görülən təmir işləri ilə əlaqədardır.
Belə ki, rayonun Ərəzin, Camaldın, Qızılca, Əbrəqunus, Kırna, Bənəniyar, Saltaq, Göydərə, Xanəgah, Əlincə, Xoşkeşin, Milax, Ərəfsə, Ləkətağ, Teyvaz, Qazançı, Boyəhməd kəndlərində qaz təchizatında dekabrın 5-də saat 09:30 dan saat 13:00-dək müvəqqəti fasilə yaranacaq.

Sabah bu rayonda qaz olmayacaq
04 Dekabr 2024 20:59

