Sabah bu yolda da məhdudiyyət olacaq
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Bakının bir sıra küçə və yollarında təmir işləri aparılır.
Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda aşağıdakı ərazilərdə təmir işləri həyata keçirilir:
- Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi;
- Xəzər rayonu, Türkan-Hövsan şosesi;
- Suraxanı rayonu, Elzar Yusubov küçəsi;
- Binəqədi rayonu, Elçin Əzizov küçəsi.
Bildirilib ki, sentyabrın 1-i saat 09:00-dan etibarən Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində də təmir işlərinə başlanılacaq.
“Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur” deyə, məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 31 Avqust 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















