Icma.az
close
up
RU
“Sabah” Camalovla bağlı açıqlama yaydı: “AFFA ya müraciət ünvanlamışıq”

“Sabah” Camalovla bağlı açıqlama yaydı: “AFFA ya müraciət ünvanlamışıq”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sabah” sabiq kapitanı, hazırda “Neftçi”də çıxış edən Elvin Camalovla bağlı açıqlama yayıb.

Futbolpress.az xəbər verir ki, “futuristlər” komandanın çalışdırıcısı Vasili Berezutskinin son mətbuat konfransından sonra kluba bir çox müraciət daxil olduğuna görə belə açıqlama verməyi lazım bilib. Mətbuat xidmətinin yaydığı açıqlamada qeyd edilir:

”Bu müraciətlər hazırda “Neftçi” FK-nı təmsil edən və klubumuzun keçmiş kapitanı olan Elvin Camalovun davranışı ilə bağlı vəziyyətin aydınlaşdırılmasını zəruri edir. Bununla əlaqədar olaraq, klubumuzun rəsmi mövqeyini açıqlamağı vacib hesab edirik.

Əlimizdə olan məlumata əsasən, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” FK ilə “Neftçi” FK arasında baş tutmuş oyun ərəfəsində Camalov komandamızın futbolçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda “Neftçi” FK-ya keçməyi təklif edib. Bu söhbətlər zamanı o, klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyununa verdiyi yüksək qiyməti xüsusi vurğulayıb.

Bu təklif futbolçumuzun diqqətini çəkməyib və o, müraciətə soyuq reaksiya verib. Buna baxmayaraq, Camalov təkrar əlaqə saxlayaraq bu təklifdə israr edib. Bu isə onun hərəkətlərinin məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir.

Xüsusilə vurğulamaq istərdik ki, sözügedən futbolçunun “Sabah” FK ilə mövcud müqaviləsi yalnız cari yox, növbəti mövsüm üçün də qüvvədədir. Şübhəsiz ki, uzun müddət komandamızın kapitanı olmuş Elvin Camalov bu vəziyyətdən xəbərdardır. Bu fakt isə onun hərəkətlərinin qəbuledilməzliyini daha da artırır.

Biz bu cür davranışı peşəkar etika və futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndiririk. Eyni zamanda, bunu ədalətsiz rəqabət nümunəsi hesab edirik. Ən diqqətçəkən məqam isə odur ki, bu cür ünsiyyət cəhdləri məhz Azərbaycan Kubokunun yarımfinalında “Sabah” FK və “Neftçi” FK-nın qarşılaşacağı məlum olduqdan sonra baş verib. Üstəlik, sözügedən futbolçunun komandamızın əsas oyunçularından biri olmasını nəzərə alaraq, bunu idmançının diqqətini yayındırmaq və həlledici oyunlar ərəfəsində ona təzyiq göstərmək cəhdi kimi qiymətləndiririk.

Əgər oyunçuya maraq həqiqətən peşəkar çərçivədə olsaydı, “Neftçi” FK rəsmi şəkildə “Sabah” FK və ya futbolçunun nümayəndələri ilə əlaqə saxlayardı. Bunun əvəzinə, bu proses qeyri-rəsmi formada, keçmiş komanda yoldaşı vasitəsilə və rəsmi prosedurlar nəzərə alınmadan həyata keçirilib. Bu isə niyyətin səmimiliyi ilə bağlı ciddi şübhələr doğurur.

“Sabah” FK artıq Elvin Camalovun hərəkətlərini qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb. Biz Azərbaycan futbolunda bu kimi mənfi halların, o cümlədən potensial danışılmış oyunların qarşısının alınması istiqamətində AFFA-nın səylərini tam şəkildə dəstəkləyirik.

Bununla yanaşı, “Sabah” FK bu bəyanatdan əvvəl “Neftçi” FK rəhbərliyi ilə əlaqə saxlayıb. İki klub arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. Ümid edirdik ki, oyunçu məsuliyyəti öz üzərinə götürərək baş verənlərə görə üzr istəyəcək və məsələ ictimai müzakirəyə çıxarılmadan həll ediləcək. Bu məqsədlə açıqlama verilməmişdən öncə kifayət qədər vaxt tanındı. Lakin cavabın olmaması səbəbindən klub, futbol ictimaiyyətində rezonans doğuran bu hadisə ilə bağlı rəsmi açıqlama verməyə məcbur oldu.

“Sabah” FK daim ədalətli rəqabəti, klublar arasında şəffaf münasibətləri və mövcud müqavilələrə hörmət göstərilməsini müdafiə edir. Şəffaf və dürüst rəqabət prinsiplərinə əməl etməyin bütün futbol ictimaiyyətinin ortaq məqsədi olmasına inanırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Aprel 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri