“Sabah Chess Cup”: qalib məlum oldu
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sabah” Şahmat Akademiyası 1 yaşının tamam olması münasibətiylə “Sabah Chess Cup” rapid turniri keçirib.
Futbolpress.az xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, “Bridge Group” Şirkətinin təsisçisi Yaqub Hüseynov eləcə də “Sabah” Şahmat Akademiyasının rəhbərliyi iştirak edib.
“Sabah Chess Cup” turnirində şahmat üzrə son ölkə çempionları Rauf Məmmədov, Günay Məmmədzadə, milli komandanın üzvləri Nicat Abasov, Gövhər Beydullayeva, Avropa çempionu Qədir Hüseynov və digərləri mübarizə aparıb.
Maraqlı mübarizə şəraitində keçən turnirin qalibi hamıdan çox xal toplayan Nicat Abasov olub. Müxtəlif kateqoriyalarda fərqlənən şahmatçılara diplom və pul mükafatları verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 Mart 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















