Sabah Əli Əsədov və nazirlər Milli Məclisə gəlir Büdcə müzakirə olunacaq
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Sabah Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, Baş naziri Əli Əsədovun və hökumət üzvlərinin iştirak edəcəyi iclasda 2026-cı ilin büdcə zərfi müzakirə olunacaq.
Toplantıda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edəcək.
Daha sonra "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, iclas 3 gün (19, 20, 21 noyabr) davam edəcək.
Anar Kəlbiyev
Baxış sayı:37
Bu xəbər 18 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















