Icma.az
close
up
RU
Sabah Günəş doğacaq, işıqlı gün gələcək Anna Axmatova

Sabah Günəş doğacaq, işıqlı gün gələcək Anna Axmatova

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün görkəmli rus şair Anna Axmatovanın anım günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

Müdrik yaşamağı öyrəndim artıq,
Dualar edərəm baxaraq göyə.
Hər axşamqabağı veyillənərəm
Gərəksiz təşvişi mən yorum deyə.

Soluxar al-sarı quşarmudular,
Pıtraqlar yarğanda xışıldar bu an.
Şeirlər qoşaram sevinclə dolu
Bu fani həyatdan, gözəl həyatdan.

Geri qayıdaram, yupyumşaq pişik
Yaltaqca ovcumu yalar, mırıldar.
Odun zavodunun göl yanındakı
Kiçik qülləsində bir od parıldar.

Sükutu yalnız o dam üstə uçan
Leyləyin fəqanı arabir kəsər.
Belə sanıram ki, heç eşitmərəm,
Birdən gəlib döysən qapımı əgər.

*

Əl çəkdim arzulardan, fikirlərdən yoruldum,
Hamı bahar gözləyir, mən gözlədiyim qışdır.
Yadında, söz vermişdin, yağışlar olmayacaq,
Onlarsa yağır, yağır...

Təəccüblə baxıram mənzil pəncərəsindən,
Yuxuda, ya oyağam?
Yadında, deyirdin ki, bütün həyat yuxudur,
Oyanmışam və qəribədir: sağam...

Sabahsa öz rolumu oynamalıyam yenə,
Yersizcə gülməliyəm.
Yadında, deyirdin ki, məhəbbət bir ağrıdır,
Yanılmısan, məhəbbət — bir cəhənnəm!

*

Qapı yarıaçıqdır,
Cökənin ətri qəşəng...
Masada unudulub
Bir qamçı, bir də əlcək.

Sarı çıraq haləsi,
Diqqət kəsilmişəm mən.
Anlaya bilmirəm ki,
Niyə çıxıb getdin sən...

Sabah Günəş doğacaq,
İşıqlı gün gələcək.
Bu həyat çox gözəldir,
Ağıllı ol, ey ürək.

Yorğunsan, çırpınırsan,
Boğubdur səni qəhər...
Bilirsən, oxumuşam
Ki, ölməzdir könüllər.

*

Qara tül altında sıxdım əlimi...
“Söylə, sən nə üçün belə solğunsan?”
– Çünki mən öz qatı kədərim ilə
Onu içirtmişəm məst olanacan.

Necə unudaram? Getdi ləngərlə.
Əyildi dodağı əzab çəkərək...
Qaçdım, sürahidən tutmadan qaçdım
Onun arxasınca mən qapıyadək.

“Bunların hamısı bir zarafatdır,
Getsən, ölərəm mən” – çığırdım bərkdən.
Sakit, hürküdücü bir təbəssümlə
Dedi: “Durma yeldə, üşüyəcəksən”.

*

Heybətli taleylə qorxutma məni,
şimal xiffətiylə qorxutma artıq.
İlk bayramımızdır indi səninlə,
bu əziz bayramın adı – ayrılıq.

Eybi yox, şəfəqi qarşılamayaq,
Ay bizə tutmasın öz fənərini.
Bu gün mən səninçün bağışlayaram
dünyanın ən nadir bəxşişlərini:

Yuxusu qaçanda axşamlar çayın,
sudakı üzümü verərəm sənə.
Axan bir ulduzun yenə səmaya
geri dönməsinə kömək etməyən
gözümü verərəm sənə.

Verərəm səsimin əks-sədasın –
əvvəl o şux idi, indisə yorğun.
Susub dinləyərsən Moskvadakı
qara qarğaların dedi-qodusun.

Bunlar oktyabrın rütubətini
mayın nəşəsindən daha xoş edər.
Yad et, yad et məni, mənim mələyim,
yad et, heç olmasa ilk qara qədər.

*

Güdüb gördü məni o hiyləgər Ay,
qapıya qısıldı casuslar kimi.
Gördü o gecəyə necə dəyişdim
ölümdən sonrakı şan-şöhrətimi.

Daha çürüyəcək rəfdə kitabım,
çıxıb yaddaşlardan dönəcəm heçə.
Anna Axmatova adlanmayacaq
nə bir şeir bəndi, nə də bir küçə.

Rus dilindən tərcümə: Məhəmməd Nuri

Zeki Müren haqqında qalmaqallı iddia: "Xarici güclər tərəfindən istifadə edilib" Erməni oğurluğunun qarşısı necə alındı - Açıqlama Oğlu ilə bir serialda oynayacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Mart 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri