Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 20-nə gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 21-24°, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 33-38° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 19 Avqust 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















