“Sabah” hücumçusuna yeni müqavilə təklif etmədi
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Sabah” hücumçusu Pavol Şafranko ilə yollarını ayırmağa hazırlaşır.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, forvardın klubla müddəti başa çatan müqaviləsi uzadılmayacaq.
Bu mövsüm zədələr səbəbindən çox oyun buraxan Şafrankoya yeni müqavilə təklif olunmayıb. Slovakiyalı forvard klubu tərk edəcək.
31 yaşlı hücumçu cari “futbol ili”ndə 11 oyunda 5 qol vurub. O, ötən ilin noyabrından zədəlidir.
Daha əvvəl Cesse Sekidikanın “Sabah”la müqaviləsini uzatmayacağı məlum olub.
“Bayquşlar” tarixində ilk dəfə bu mövsüm Azərbaycan Premyer Liqasını qazanıb. “Futuristlər” eyni zamanda ölkə kubokunun qalibi olub.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:“Bavariya” hücumçusuna yeni müqavilə təklif etməyəcək
29 Mart 2025 08:31
Avropanın məşhur klubundan “Sabah”ın hücumçusuna TƏKLİF
15 May 2026 10:26
Sabah ona yeni müqavilə təklif edib
17 İyun 2025 14:34
“Sabah” legionerlərinə yeni müqavilə təklif edəcək
04 Yanvar 2026 14:16
Mançester klubu hücumçusuna yeni müqavilə təklif edib
26 Sentyabr 2025 08:21
Baxış sayı:118
Bu xəbər 25 May 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















