Sabah İlyas İsmayılovun il mərasimi olacaq
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabah fevralın 17-də Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun dünyasını dəyişməsinin ildönümü qeyd ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov bildirib.
O qeyd edib ki, il mərasimi saat 11.00-dan Heydər Məscidində keçiriləcək.
Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri, Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılov 17 fevral 2025-ci il tarixində müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.
İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri işləyib. Milli Məclisin III və IV çağırış deputatı olub.
Mərhum öz vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristablığında oğlu Etimad İsmayılovun yanında dəfn olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:371
Bu xəbər 16 Fevral 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















