Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabadda qaz omayacaq Xəbərdarlıq
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Mia.az "Azəriqaz"a istinadla bildirir ki, "Qaz İxrac" İdarəsinə məxsus diametri 530/377/325 mm-lik "Azadkənd-İmişli" magistral qaz kəmərində korroziyaya uğramış hissələrinin təmir olunması ilə bağlı, oktyabrın 2-də saat 08:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında fasilə yaranacaq.
Təmir işləri aparılan müddətdə İmişli rayonu tam olaraq (İmişli şəhəri daxil olmaqla, rayon üzrə 41 kənd, 2 qəsəbə, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 ədəd "Cəbrayıl Məcburi köçkünlər" qəsəbəsi, qeyri-yaşayış sahələri, cəmi 28 958 abonent), Saatlı rayonu tam olaraq (Saatlı şəhəri daxil olmaqla, rayon üzrə 33 kənd, 1 qəsəbə, qeyri-yaşayış sahələri, cəmi 17 352 abonent), Sabirabad rayonunun (Sabirabad şəhəri daxil olmaqla, rayon üzrə 36 kənd, qeyri-yaşayış sahələri, cəmi: 22 912 abonent, rayon üzrə abonentlərin 70 %-i) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılacaq.
İşlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















