Sabah ın baş məşqçisi: Levski ilə oyunda istədiyimiz 11 liy i meydanda görə biləcəyik
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"Sabah" "Levski" ilə cavab matçında istədiyi futbolçuları meydana buraxa biləcək".
İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis Bakıda Bolqarıstanın "Levski" (Sofiya) komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb: "Ağır oyundan sonra bütün futbolçular hazırdırlar. Hamısı sağlamdır. İstədiyimiz "11-liy"i meydanda görə biləcəyik".
O, sabah qələbə qazanmağa çalışacaqlarını söyləyib: "İnanıram ki, seçdiyimiz oyun üslubu bizə qalibiyyət gətirəcək. Amma çətin olacaq. Rəqib asan qol buraxmır. Risk alacağıq. Hücum futbolu sərgiləmək və növbəti raunda yüksəlmək niyyətindəyik. Bizi ağır qarşılama gözləyir. Bolqarıstanda da bunu gördük. Sabah bizi heç-heçə qane etmir. Amma yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"
Qeyd edək ki, avqustun 14-də baş tutacaq "Sabah" - "Levski" görüşü saat 20:00-da başlayacaq. Bolqarıstandakı ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















