Icma.az
close
up
RU
Sabah ın baş məşqçisi: Sele ilə hər iki oyunda bərabər səviyyədə mübarizə getdi

Sabah ın baş məşqçisi: Sele ilə hər iki oyunda bərabər səviyyədə mübarizə getdi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"la "Sele" arasında baş tutan hər iki görüşdə bərabər mübarizə gedib".

Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Sloveniya klubu ilə cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqibi təbrik etməyi də unutmayıb:

"Sele"ni növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Düşünürəm ki, hər iki oyunda bərabər səviyyəli oyun getdi. Xüsusilə də Bakıda baş tutan oyunun son saniyəsində buraxdığımız qol yadda qalacaq. Çünki bu qol son dəqiqələrdə vuruldu.

Bugünkü oyuna gəlincə, futbolçularımın fədakarlığını və mübarizəsini yüksək qiymətləndirirəm. Meydana çıxıb ilk qolu biz vurduq. Həmin anda oyunu xeyrimizə dəyişə biləcəyimizə ümid yaranmışdı.

"Sele" bizə qarşı bəzi sürprizlər hazırlamışdı, xüsusilə də topa sahib olduqları epizodlarda. Bu gün bir dayaq yarımmüdafiəçisi ilə oynadılar. Biz qol vurduqdan sonra ilk hissənin əvvəlində oyunu idarə etməkdə çətinlik çəkdik. Daha sonra taktiki düzülüşümüzü dəyişib boşluqları bağlamağa çalışdıq. Lakin rəqibin sürətli hücumları bizi geriyə sıxışdırdı. İlk hissə 1:1 hesabı ilə başa çatdı.

Yenə də deyirəm, duran toplardan buraxdığımız qollar təəssüf doğurur. Bununla belə, əvəzetmələrdən sonra daha aqressiv oynadıq və irəli atıldıq. Nəticədə cəmi iki dəqiqə ərzində iki qol vurduq. Lakin bəzən müdafiəyə çəkildik və qapımıza yaxın oynadıq. Müdafiədə yaxşı təşkilatlanmışdıq. Əlavə olunmuş dəqiqələrdə bütün gücümüzü ortaya qoysaq da, bu yetərli olmadı.

İndi əsas məqsədimiz tez bir zamanda bərpa olunmaq, bu oyundan dərs çıxarmaq və inkişaf etməkdir. Bu iki qarşılaşmanın bizə çox şey öyrətdiyinə inanıram. Növbəti mərhələyə keçə bilməsək də, göstərdiyimiz performansla fəxr edə bilərik. Bu iki matçdan aldığımız dərslər gələcəkdə bizim üçün çox faydalı olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyul 2025 02:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri