Icma.az
close
up
RU
Sabah ın ən güclü tərəfi məhz Dambrauskasdır Levski nin sabiq baş məşqçisi

Sabah ın ən güclü tərəfi məhz Dambrauskasdır Levski nin sabiq baş məşqçisi

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çox yaxşı məşqçidir. Heç vaxt gizlətməmişəm ki, ondan çox şey öyrənmişəm. ‘Sabah’ın ən güclü tərəfi məhz Valdas Dambrauskasdır".

QOL.az xəbər verir ki, bu sözləri “Levski”nin sabiq baş məşqçisi Stanislav Gençev "Dsport"a açıqlamasında deyib.

Vaxtilə “Ludoqorets”də hazırda “Sabah”ı çalışdıran Valdas Dambrauskasın köməkçilərindən olan mütəxəssis Azərbaycan klubunun "Levski" ilə UEFA Konfrnas Liqasının 3-cü əsnifat mərhələsində rəqib olması ilə bağlı danışıb. O, Bolqarıstan təmsilçisinin daha keyfiyətli komanda olduğunu bildirib. O, "Sabah"ın litvalı baş məşqçisinin taktiki çevikliyi barədə də fikirlərini bölüşüb:

"Sabah"ın oyunlarını izləməsəm də, əminəm ki, ‘Levski’ keyfiyyət baxımından onları üstələyir. Amma Valdas avrokuboklarda təcrübəsi və qələbələri olan bir məşqçidir. Çox tez uyğunlaşa bilən bir mütəxəssisdir. Həm futbolçularının keyfiyyətinə, həm də rəqiblərə qarşı çox detallı analizlər aparır. Onun hansı sistemlə oynayacağını qabaqcadan demək çətindir – bəzən üç, bəzən dörd müdafiəçi ilə oynaya bilər. ‘Ludoqorets’də əsasən 4-3-3 sistemindən istifadə edirdik, amma ‘Olimpiakos’a qarşı 3-5-2 ilə sistemi ilə çıxdıq və onları təəccübləndirib turnirdən kənarlaşdırdıq”.

S.Gençev "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasla şəxsi münasibətləri haqqında da danışıb və bildirib ki, həmkarı ondan "Levski" haqda məlumat almayb: “Bu günə qədər çox yaxşı münasibətimiz var. Tez-tez danışırıq. Çox diqqətli insandır. Heç vaxt məndən ‘Levski’ barədə məlumat öyrənməz. Belə bir addım atmaz. Çünki dostluğumuzun pozula biləcəyini bilir”.

Xatırladaq ki, “Levski” ilə “Sabah” arasında ilk oyun avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Avqust 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri