Sabah ın icraçı direktoru Berezutskinin klubdan ayrılmasına münasibət bildirib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın "Sabah" klubunun icraçı direktoru Ramin Həsənov rusiyalı məşqçi Vasili Berezutskinin şəxsi problemlərini həll etdikdən sonra yenidən komandaya rəhbərlik edə biləcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, R.Həsənov bunu "Match TV" telekanalına bildirib.
"Vasili Vladimiroviçin qərarı bizim üçün təəccüblü olmadı - bu, ölçülüb-biçilən qərar idi və onu şərtləndirən bir müddət əvvəl yaranan ailə şəraiti olub.
Biz sona qədər ümid edirdik ki, vəziyyət əməkdaşlığımızın davam etdirilməsinə imkan verəcək şəkildə həll olunacaq, lakin Berezutskinin yekun qərarına hörmətlə yanaşırıq. Vasili komandaya klub tarixində ilk titulunu qazandırdı və onun işi ən yüksək qiymətlərə layiqdir", - deyə o vurğulayıb.
Qeyd edək ki, şənbə günü "Sabah" Berezutskinin ailə vəziyyətinə görə baş məşqçi postunu tərk etdiyini bildirib. 42 yaşlı mütəxəssis 2024-cü ilin noyabrında "Sabah"a rəhbərlik edib və ona Azərbaycan Kubokunu qazandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 15 İyun 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















