Sabah ın Konfrans Liqasındakı oyunlarının vaxtı bəlli oldu
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
"Sabah" və Moldovanın "Petrokub" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunlarının başlama saatları və hakimləri müəyyənləşib.
Axar.az xəbər verir ki, iyulun 24-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Qal Leiboviçə Omer Barbiro və Yossi Babayoff yan xətt, Dekel Zino dördüncü hakim qismində yardımçı olacaq.
İyulun 31-də Əlincə stadionunda ("Bank Respublika Arena") baş tutacaq cavab görüşü isə saat 20:00-da start götürəcək. Serbiyalı baş hakim Danilo Nikoliçə Milan Şutuloviç və İvan Mikalaçki yan xətt hakimləri, İvan Stamenkoviç isə dördüncü hakim kimi kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 İyul 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















