Icma.az
close
up
RU
Sabah ın qazaxıstanlı qolkiperi: Mən onların yerinə danışa bilmərəm MÜSAHİBƏ

Sabah ın qazaxıstanlı qolkiperi: Mən onların yerinə danışa bilmərəm MÜSAHİBƏ

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sabah"ın qapıçısı Stas Pokatilovun Sport24.az-a müsahibə verib.

- Premyer Liqanın XXIV turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdiniz. Oyunla bağlı fikirləriniz...
- Təbii ki, ağır oyun oldu. "Qarabağ"a qarşı matç həmişə çətin alınır. Bütün oyun çətin alınsa da, biz hətta matçın sonlarında qələbə qazanmaq üçün şanslara da sahib idik. Ümumilikdə çətin və maraqlı görüş oldu.

- Havanın da sərtliyini nəzərə alsaq, 1:1 hesablı bərabərliyin sizin üçün qələbə kimi olduğunu demək mümkündür?
- Mən hamının yerinə danışa bilmərəm. Amma düzü, mən soyuq havada oynamağa öyrəşmişəm. Çünki Qazaxıstanda da bu cür havalarda oynamışam.

- "Sabah"ı "Səbail", "Kəpəz"lə görüşlərdə bu cür görə bilmirik, amma "Qarabağ"la daha yaxşı oynayırsız. Sizcə, problem nədədir?
- Bu barədə bir söz deyə bilmərəm. Ola bilər ki, "Qarabağ"a qarşı bütün komandalar daha yaxşı hazırlıqlı olurlar. Hansısa motivasiya lazım deyil, çünki rəqibin kimliyi bəllidir. İstər-istəməz daha toparlanmış olursan. Biz də bütün matçlarda olduğu kimi, "Qarabağ"la görüşdə də ən yaxşısına çalışdıq.

- "Qarabağ"la görüşün ikinci hissəsində rəqibə boş zona da vermədiz, daha fərqli oynadız. Vasili Berezutski fasilədə hansı tövsiyyələr vermişdi?
- Matçdan əvvəl dediklərini fasilədə də təkrarladı. Öz oyunumuzu oynamağı tapşırmışdı. Ətraflı nəsə deməyəcəm. Çünki bu bizim taktikamızdır, oyunumuzdur. Amma onu deyə bilərəm ki, biz baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq.

- Qarşıdakı matç kubokda "Sumqayıt"a qarşıdır. Rəqib 9 oyundur ki, qalib gələ bilmir, qol vura bilmir. Bu görüşdə şanslar haqda nə deyəcəksiz?

- Mən onların yerinə danışa bilmərəm. Bu "Sumqayıt"ın özünün problemidir. Bizim öz işimizə baxırıq. Hədəfimiz mərhələni adlamaqdır. Sona qədər də hər şeyi edəcəyik.

- "Kayrat"ın heyətində "Qarabağ"a qarşı Tofiq Bəhramovda oynamışdınız. Həmin görüşü necə xatırlayırsız?
- Bəli, yaxşı yadımdadır həmin oyun.
- O, "Qarabağ" güclü idi, yoxsa indiki?
- Məncə, "Qarabağ" hər dövrdə güclü idi. Görüşü də yaxşı xatırlayıram.

- "Qarabağ"ın sabiq qapıçısı, "Dinamo"nun üzvü Andrey Lunyova çox oxşadığınızı sizə deyiblər?
- Bəli, deyiblər. Xeyr, amma kiminsə məni Lunyovla səhv saldığını bilmirəm (gülür). Ancaq xarici görünüşümlə ona bənzədiyimi bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sport24.az
archiveBu xəbər 24 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri