Icma.az
close
up
RU
Sabah ın yeni baş məşqçisi: Güclü rəqiblərlə oynamaq istəyirəm

Sabah ın yeni baş məşqçisi: Güclü rəqiblərlə oynamaq istəyirəm

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. 

Apasport.az müsahibəni təqdim edir: 

- "Sabah" nəyin hesabına "Selye"ni keçə bilər?
- Bu tip oyunlarda çox xırda detallar çox şeyi həll edir. Rəqibi analiz edirik. Amma çox qısa informasiyamız var. Onlar keçən illə müqayisədə 5-6 önəmli oyunçusunu itirib. Sadəcə 1 yoldaşlıq görüşü keçiriblər. Onların nəyə qadir olduğunu hələ demək çətindir. Bizim üçün müsbətdir. Bu dönəmdə bütün komandalar bərabər səviyyədə olur, komandaların oyun təcrübəsi olmur. Komandamı toplanışda gördüm, uşaqlar çox istəklidirlər. Mənim üçün ən əsası bunlardır. İnanıram ki, belə davam etsək, inanaraq işləsək, uğurlu nəticələr olacaq.

- "Omoniya"nın baş məşqçisi kimi "Zirə"ni keçərək, Konfrans Liqasında qrupa düşmüsüz. Hazırkı komandanızda bu potensialı görürsüz?
- Hər iki komandanı müqayisə etmək düzgün deyil. Amma öz komandamda bu potensialı görürəm. Komandamız hərəkətli, aktiv, modern oyun oynayır. Həmişə çalışıram ki, meydanda dominant tərəf biz olaq. Məşqçi kimi hücum oynatmağı sevən biriyəm. Çox istəyirəm ki, komandam 1 qoldan sonra 2-ci qolu vursun.

- "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis sizin komandanıza gəlməkdə önəmli rol oynadı. Onunla söhbət etmişdiniz?
- Xeyr. Danışmamışam. Çünki mən klubun rəhbərliyini, insanları tanıyıram. 2-3 ildən çoxdur tanıyıram, klubun iddiasını bilirəm. Çalışacam, əlimdən gələni edəcəm ki, klubun iddialarının bir parçası olum. 

- Avstriyadakı toplanışda iki oyunda 5 qol vurub, 5 qol buraxmısız. 5 qol buraxmağınız müdafiədəki problemlərdən xəbər verir?
- Yoldaşlıq görüşləri bizim üçün önəmlidir. Hər zaman güclü rəqiblərlə qarşılaşmağa önəm verirəm. Belə də, öz problemlərimizi görə bilirik. Bu, mənim oyun tərzimdir. Güclü rəqiblərlə oynamaq istəyirəm. Səhvləri oyunçulara göstəririk. Oyunçulara göstərim ki, nələri səhv etmişik. Yoldaşlıq görüşlərində 3:0 udacağıqsa, nəyi analiz edəcəyik, hansı zəif cəhətlərimizi onlara göstərəcəyik? Rəsmi matçlarda bu cür problemlərlə qarşılaşa bilərik. Uşaqlar da çox xoşbəxt idilər. İki oyunda da çox qol vura bilərdik. Stadiona gələndə hər kəs qolları görsün, daha çox şans yaradacaq. Hər şey istədiyimiz kimi mükəmməl deyil. Vaxtımız çox deyil. Amma oyunçularıma çox inanıram.

- Həm siz, həm də Stas Pokatilov bildirdi ki, 4-cü günkü oyunu səbirsizliklə və həyəcanla gözləyirik Bu həyəcan və səbirsizlik oyunun gedişində sizə mənfi təsir etməzki?
- Əlbəttə ki, birinci və ya axırıncı oyunda əsəbilik olur. Birinci matçda daha çox olur. Rəqibi tanımırsan, amma 5-10 dəqiqə sonra bu da itir. Bu da normal haldır. Tamamilə həyəcanlı deyiləm, narahatçılıq keçirmirəm, əsəbi deyiləm. İki həftə ərzində çox yaxşı məşq etmişik. İstəyərdim ki, daha da əlavə məşqlərimiz olsun. Öz komandama inanıram. Biz bu oyuna inanırıq.

- Ötən mövsüm komanda çempionatda uğurlu olmadı, kuboku götürərək avrokuboklara yollandı. Komandada nəyi dəyişmək istəyirsiz?
- Biz hər şeyin fərqindəyik. İddialarımız da həmçinin. Keçən il birinci yerdəki komanda ilə xal fərqimiz 41 olub. Addım-addım böyümək istəyirik. Fərqi yavaş-yavaş aradan qaldırmağa çalışırıq. İki həftə ərzində çox pozitiv şeylər gördüm. Uşaqlara deyirəm ki, qorxamadan oynasınlar, səhv etməkdən qorxmasınlar. Onlara demişəm ki, səhvə görə onları danlamayacam. Sadəcə reaksiyaları düzgün verməliyik. Oyunçular arasında münasibət də önəmlidir. Eyni cinahda oynayan futbolçuların bir-birini başa düşməsi çox önəmlidir. Bütün komponentləri birləşdirmək lazımdır. Məşqdən-məşqə inkişaf etməyi, artırmağı sevən məşqçiyəm. Hər şeyə addım-addım getməliyik.

- Azərbaycan millisinin qapıçısı Yusif İmanovda nələr gördüz ki, həm toplanışa aparmadız, həm də UEFA-nın sifariş ərizəsinə daxil etmədiz?
- Bu qərar mənim komanda ilə işləməyimdən öncə verilmişdi. Bu barədə nəsə şərh verə bilmirəm.

"Səbail"dən "Karvan"a - RƏSMİ “Azərlotereya”nın komandası çempion oldu - VİDEO Qurban Qurbanov: “Futbolçularımız optimal formadan uzaqdırlar” "Əl-Şəbab" Fatih Terimlə vidalaşıb Ferdi Kadıoğlunun rekordu tarixə düşüb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://apasport.az
archiveBu xəbər 08 İyul 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see164

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see161

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see157

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see141

Öskürək siropu 21 uşağın həyatına son qoydu Hindistanda dəhşət

09 Oktyabr 2025 13:03see131

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see128

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see125

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see124

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see124

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib FOTO

09 Oktyabr 2025 16:34see123

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see123

Quduzluq nədir, necə keçir? ÇIXIŞ YOLU

09 Oktyabr 2025 11:22see122

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see121

Mətanət Əsədova: “Ana kimi sevdiyim Əminə xanım getdi...” VİDEO

09 Oktyabr 2025 16:44see120

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see119

Tramp Netanyahunun istəyindən danışdı: Mütləq edəcəm

09 Oktyabr 2025 09:39see119

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see119

Quterreş HƏMAS və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb

09 Oktyabr 2025 11:52see118

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri