Sabah ın yeni baş məşqçisi Macarıstandan tanıdığı yarımmüdafiəçini istəyir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Sabah" daha bir legionerlə danışıq aparır. Bakılılar Toqo millisində 6 oyun keçirmiş Samsindin Ouronu transfer etməyə çalışır.
Oxu.Az Futbolinfo.az-a istinadla xəbər verir ki, Almaniyada doğulan dayaq yarımmüdafiəçisi Zaqreb "Dinamo"sunun əvəzedici heyətində qısa müddət çıxış etdikdən sonra "Mura" və "Radomlye" kimi Sloveniya komandalarında oynayıb. Bir il Səudiyyə Ərəbistanının "Əl-Adalah" klubunda çıxış edən Ouro ötən mövsümü "Dyor"da keçirib. Macarıstan klubu ilə gələn ilin yayınadək müqaviləsi olan oyunçunun transfer dəyəri 300 min avrodur.
"Sabah"ın Avropa Liqasındakı ilk rəqibi Samsundinin 2 il oynadığı Sloveniyanın digər komandası "Çelye"dir. 25 yaşlı yarımmüdafiəçinə maraq isə daha çox Valdas Dambrauskasın sayəsində yaranıb. Litvalı mütəxəssis son yarım ili Macarıstanın digər komandası "Dyoşdyor"un "sükanı arxasında" keçirib. Toqolu oyunçunun transferini də məhz o istəyir.
Baxış sayı:91
Bu xəbər 24 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















