Sabah kapitanı ilə yolları ayırdı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah” kapitanı Elvin Camalovla yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə paytaxt təmsilçisinin rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Elvin bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlar ilə görüşərək, onlarla sağollaşıb.
Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət komandanın kapitanlıq sarğısını daşıyan Elvin, “Sabah”ın heyətində ümumilikdə 113 oyun keçirib.
Bakı klubu Elvinə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Camalovun "Neftçi"yə keçəcəyi gözlənilir.
Baxış sayı:118
Bu xəbər 22 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















