“Sabah” “Karvan Yevlax”a qarşı, “Turan Tovuz”dan qələbə Yenilənir
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 17-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib. Tovuz stadionunun qazonu hazır vəziyyətdə olmadığı üçün Sumqayıtda keçirilən bu görüşdə nominal meydan sahibi “Turan Tovuz” olub.
Matç "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Tovuz təmsilçisi xal sayını 30-a çatdıraraq 3-cü pilləyə yüksəlib. İlk dövrənin matçında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.
Turun son matçında isə lider “Sabah” “Karvan-Yevlax”ı qəbul edir. Paytaxt klubu hazırda 37 xalla birinci, Yevlax təmsilçisi isə 6 xalla sonuncu pillədədir. “Sabah” bu gün qələbə qazansa, ən yaxın izləyicisi “Qarabağ”la xal fərqini 4-ə çatdıracaq. Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə “Sabah” rəqibini 2 cavabsız qolla üstələyib.
25 yanvar (bazar)
18:30. “Sabah” - “Karvan-Yevlax” - 0:0 (Birinci hissə)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”
16:00. “Turan Tovuz” - “Sumqayıt” - 2:1
Qol: Hayderson Hurtado, 13, (1:0), Hayderson Hurtado, 61-avtoqol (1:1), Rəhim Sadıxov, 69 (2:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
23 yanvar (cümə)
“İmişli” - “Araz-Naxçıvan” - 2:2
“Neftçi” - “Zirə” - 0:0
24 yanvar (şənbə)
“Şamaxı” - “Qəbələ” - 0:4
“Qarabağ” - “Kəpəz” - 0:2
Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Bassalu Sambu ("Neftçi") - 6 qol
Karim Rossi ("Şamaxı") - 6 qol
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 25 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















