Icma.az
close
up
RU
Sabah Konstitusiya Məhkəməsi öz qərarını ləğv edə bilər

Sabah Konstitusiya Məhkəməsi öz qərarını ləğv edə bilər

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) konstitusiya ilə bağlı verdiyi sualı cavablandırarkən bildirib ki, hələlik yeni konstitusiya layihəsi yoxdur. "Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır", - deyə o bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün ən vacib şərt məhz Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və orada Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarının götürülməsi ilə bağlıdır.

"Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı öz mövqeyini bildirib. Ermənistan tərəfi də bunu etməyə məcburdur. Çünki faktiki olaraq Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Konstitusiya Məhkəməsinin qərarı konstitusiyadan üstün deyil. Görünür ki, Paşinyan hökumətinin diplomatik üstünlük qazanmaq cəhdləri var. Bütün mümkün vasitələrlə çalışdılar ki, baş aldatsınlar".

Politoloq qeyd etdi ki, Konstitusiya Məhkəməsi konstitusiyanın üstündə qərar verə bilməz.

"Faktiki olaraq Ermənistan Konstitusiyasında bu qeyd olunub. Sabah Konstitusiya Məhkəməsi öz qərarını ləğv də edə bilər. Bizə bu lazım deyil. Bizə lazım olan, Ermənistanda keçiriləcək referendumda həmin maddələrin götürülməsidir. Ermənistanda yeni konstitusiya ilə bağlı uzun müddətdir söhbətlər gedir. Paşinyan görünür ki, müəyyən qədər çətinlik çəkir. Çünki Ermənistan müxalifəti yenidən mitinqlərə başlamaq haqqında bəyanatlar səsləndirir. Keçmiş prezident Robert Köçəyanın oğlunun son zamanlar xüsusi fəallaşması müşahidə olunur. Bunlar Paşinyanın əsas rəqibləridir. Buna görə də ola bilər ki, Paşinyan daxildə öz rəqiblərindən qorxur. Sülh imzalamaq istəyirsə, mütləq maddələr dəyişdirilməlidir", - deyə Z.Əmrəliyev vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9870

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see571

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see266

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see238

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see233

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see199

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see158

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see142

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see140

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see139

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see134

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see129

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see128

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see126

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see124

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see124

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see122

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see119

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri