Icma.az
close
up
RU
Sabah maraqlı astronomik hadisə baş verəcək Planetlərin paradını necə izləmək olar?

Sabah maraqlı astronomik hadisə baş verəcək Planetlərin paradını necə izləmək olar?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Fevral ayının 28-də çox maraqlı astronomik hadisə - planetlər paradı müşahidə olunacaq. Bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunca sıralanmış şəkildə görünəcəklər. Paradı növbəti bir neçə gün ərzində də müşahidə etmək mümkün olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, həmin gün Günəş saat 18:30-da batacaq ki, müşahidə üçün ən əlverişli vaxt da bundan dərhal sonrakı müddətdir:

"Mars isə saat 17:28-də batdığı üçün sözügedən paradda iştirak etməyəcək. Venera saat 19:31-də, Merkuri isə saat 19:37-də batdığından, paradı izləmək üçün uyğun zaman intervalı 18:30-19:37 aralığıdır. Ümumilikdə, Günəş batdıqdan sonra ilk 30-40 dəqiqə ərzində müşahidə aparmaq daha məqsədəuyğundur. Çünki sonra planetlərin hamısını eyni anda səmada görmək mümkün olmayacaq.

Qeyd etmək lazımdır ki, Merkuri və Venera Günəşə yaxın yerləşdiklərinə, Saturn isə hazırda Yerdən müşahidə üçün əlverişsiz mövqedə olduğuna görə adi gözlə o qədər də aydın seçilmirlər. Uran və Neptunu isə yalnız kiçik teleskoplar vasitəsilə müşahidə etmək mümkündür.

Planetlərin paradı bir neçə formada baş verə bilər. Mini parad - 3 planetin, kiçik parad - 4 planetin, böyük parad - 5 və ya 6 planetin, tam parad - bütün 7 planet və bəzən Plutonun da Yer səmasında eyni xətt boyunca düzülməsi müşahidə edilir.

Onu da vurğulayaq ki, planetlərin paradı tamamilə vizual xarakter daşıyır. Yer səmasında onlar ardıcıl düzülmüş kimi görünsələr də, kosmosda planetlərin real konfiqurasiyası fərqli olur. Cari konfiqurasiyanı müvafiq keçid vasitəsilə izləmək mümkündür. Bundan başqa, planetlərin səmadakı mövqeyini daha asan müəyyənləşdirmək üçün Sky Map, Stellarium və ya Sky Tonight kimi tətbiqlərdən istifadə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Fevral 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri