Icma.az
close
up
RU
“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” Mikels

“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” Mikels

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah"ın futbolçusu Coy-Lens Mikels Almaniya mətbuatına müsahibə verib.

Milli.Az qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir:

-Almaniyada sizi azarkeşlərin çoxu tanımır, Azərbaycanda isə məşhur simasınız. Ötən həftə "Sabah"la Çempionlar Liqasında ilk qələbənizi qazandınız və qol da vurdunuz. Futbolçu karyeranızın bu mərhələsində baş verənlərə özünüz də bəzən təəccüblənirsiniz?

- Bəli. Hazırda 32 yaşım var və 2026-cı il indiyədək yaşadığım ən yaxşı ildir. Burada çempionluq və ölkə kubokunu qazandıq. Mən bombardir oldum, Çempionlar Liqasının pley-off mərhələsində uğurlu çıxış etdim. İndi isə bu turnirdə qol vurmuşam və matçın ən yaxşı oyunçusu seçilmişəm. Hazırda Azərbaycanda ən tanınmış futbolçu mənəm.

- Deyəsən, Ruandada daha da məşhursunuz?

- Bu, doğrudur. Mart ayında iki qardaşımla birlikdə Ruanda millisinə dəvət aldım. Bu da vəziyyəti bizim üçün həqiqətən xüsusi edir. Ora yollandıq, beş oyunda dörd qələbə qazandıq və bir dəfə heç-heçə etdik. Mən bir qol vurdum və üç məhsuldar ötürmə etdim. Qardaşım Leroy üç qol vurdu və bir məhsuldar ötürmə ilə yadda qaldı.
Bəlkə də 2004-cü ildən sonra ikinci dəfə Afrika Millətlər Kubokuna vəsiqə qazana bildik. Bu, inanılmazdır. Bir il əvvəl kimsə mənə bunları desəydi, ona "yuxu görürsən" deyərdim.

- Bu gün Almaniya vətəndaşı kimi Bakıda Dortmund "Borussiya"sına qarşı oynayacaqsınız. Rəqibi nə gözləyir?

- Dortmund meydanın hər yerində pressinq etmir. Bu da bizə topa nəzarət etmək və qol imkanları yaratmaq üçün fürsətlər verəcək. Bundan başqa, Çempionlar Liqasında ev sahibi üstünlüyünün nə qədər vacib olduğunu hiss etmişəm. Arena 68 min azarkeşlə tam dolacaq. Bunu səbirsizliklə gözləyirəm.

- "Sabah" necə klubdur?

- Klub yalnız 2017-ci ildə yaradılıb, mən isə 2021-ci ildə bura gəlmişəm. Həmin vaxt biz hələ güclü komanda deyildik. Mən 17 yeni futbolçudan ibarət qrupun bir hissəsi idim. Həmin vaxt baş məşqçi Murad Musayev də komandaya qoşuldu. O, bundan əvvəl "Krasnodar"la Çempionlar Liqasında iştirak etmişdi. Murad Musayev əvvəlcə klubu qaydaya saldı və düzgün taktiki qərarlar verdi. O, daim hücuma yönələn 4-2-3-1 taktiki sxemini tətbiq etdi. Bu günə qədər hər bir məşqçi həmin sistemlə oynamalıdır. Biz bu sistemi Yurgen Kloppdan götürmüşük. Hücum futboluna üstünlük veririk.

- Ümumiyyətlə, Bakıya necə gəldiniz?

- Münhenqladbaxdan tanıdığım, hazırda futbol agenti kimi çalışan bir nəfər məni Rumıniyada yaşayan konqolu bir şəxslə əlaqələndirdi. Onun Azərbaycanla əlaqələri var idi və mənə bu transferi təklif etdi. Düzünü desəm, əvvəlcə Azərbaycana gəlmək istəmirdim. Amma həyat yoldaşım məndən bu təklifi mütləq qəbul etməyimi xahiş etdi. Çünki burada təklif olunan maaş həmin vaxt Niderlandın ikinci liqasında çıxış edən "Almere Siti" klubunun mənə təklif etdiyindən dörd dəfə çox idi. Beləliklə, gəldim. Həmin vaxtdan etibarən hər şey yüksələn xətlə inkişaf etdi. Qolları sanki ard-arda sıralayıram.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Oktyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri