Icma.az
close
up
RU
“Sabah” mərhələni keçəcək? Yüksək vəzifəlilər və tanınmışlar nə deyir? KONKRET

“Sabah” mərhələni keçəcək? Yüksək vəzifəlilər və tanınmışlar nə deyir? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda bu gün futbolun nəbzi daha sürətli döyünəcək. UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” doğma meydanda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını qəbul edəcək. İlk oyunda qeydə alınan nəticədən sonra bütün diqqətlər cavab qarşılaşmasına yönəlib. Bakı təmsilçisi bu dəfə azarkeşlərinin önündə daha inamlı oyun nümayiş etdirərək mərhələni adlamaq üçün mübarizə aparacaq.

Həlledici qarşılaşma ərəfəsində isə təkcə futbol ictimaiyyətinin deyil, müxtəlif sahələrdə tanınmış şəxslərin də “Sabah”dan gözləntiləri böyükdür.

KONKRET.az xəbər verir ki, Manset.az komandanın şansları, qarşılaşmanın əhəmiyyəti və mümkün nəticə ilə bağlı ictimai, siyasi və idman sahəsində tanınmış şəxslərin fikirlərini öyrənib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, olimpiya çempionu Fərid Mansurov:

“ “Sabah” futbol klubuna uğurlar arzulayıram. İnanıram ki, qələbə qazanaraq növbəti mərhələyə yüksələcək. Bir fakt var ki, indiyə qədər beynəlxalq arenada böyük uğurları “Qarabağ” futbol klubu qazanırdı. Çox sevindirici haldır ki, “Sabah” da bu sıralara qoşulub. “Sabah” klubuna böyük uğurlar arzulayıram, inanıram ki, qələbə qazanaraq növbəti turlara vəsiqə qazanacaq və bizi sevindirəcək. Bu uğurlar bir idman adamı kimi məni çox sevindirir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:

“Açığı “Sabah”ın oyununu izlədim və bu oyun çox xoşuma gəldi. Hesab edirəm ki, “Sabah” sadəcə beynəlxalq təcrübənin azlığına görə məğlub oldu. Oyunçuların beynəlxalq təcrübəsi yox idi və onlar hesabı aşsalar da, onu qoruya bilmədilər, bir çox fürsətləri dəyərləndirə bilmədilər. İndi isə Bakıda tamaşaçıların da dəstəyi ilə hesab edirəm ki, “Sabah” çox ciddi uğur qazana bilər. Komandanın turu keçəcəyinə əminəm. Düşünürəm ki, burada hər hansısa bir sürpriz olmamalıdır. “Sabah”ın buna kifayət qədər imkanları və potensialı var, sistemli oynamağı da bacarır. Buna görə də uğur qazanması mümkün olacaq”.

” “Sabah” güclü komandadır, güclü oyunçuları var. Sadəcə “Sabah”da sanki qəribə bir problem var, birdən-birə ruhdan düşürlər. Əminəm ki, “Sabah” da. “Qarabağ ” da qarşıdakı oyunlarda qalib gələcəklər. İnanıram ki, “Sabah” da mərhələni adlayaraq “Qarabağ” kimi dünyanın ən böyük klublarının Azərbaycana gəlməsinə vəsilə olacaq”.

Əməkdar artist Vasif Məhərrəmli:


““Sabah” ötən oyunda da qalib ola bilərdi amma 2-ci hissədə müəyyən qədər axsaqlıqlar oldu. Ya oyunçuların fiziki gücü yetmədi, ya da dəyişikliklər özünü doğrultmadı… Amma bu gün yüz faiz yox, milyon faiz “Sabah” qalibdir. Çünki “Sabah” birbaşa “Hapoel”dən üstün komandadır. Qələbəyə heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, oyun 2:0 və ya 3:1 “Sabah”ın xeyrinə yekunlaşa bilər”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxəbər.com-un baş redaktoru Hacıbəy Heydərli:


“Bu gün “Sabah” futbol klubu tarixinin ən önəmli oyununa çıxır. Düşünürəm ki, “Sabah” bu mərhələyə qədər həqiqətən də çox möhtəşəm bir futbol sərgiləyib. Çempionlar Liqasının pley-off mərhələsində vəsiqə qazanmaqla, demək olar ki, ən böyük uğuru artıq qazanıb. Eyni zamanda Avropa Liqasının qrup mərhələsini də təmin edib. Bugünkü oyunda “Sabah”ın üzərində çox böyük təzyiq olmayacaq çünki komanda artıq qarşısına qoyulan məqsədlərin hər birinə çatıb. Çox tarixi bir şansdır, tarixi oyundur, düşünürəm ki, “Sabah” uğurlu nəticə qazanmaq potensialına malikdir. Amma nəzərə almaq lazımdır ki, rəqib komanda da çox güclü komandadır. Ümumiyyətlə, İsrail klubları bu il Avropa Liqalarında çox uğurlu çıxış edir. Bu baxımdan da “Sabah”a inansaq da, düşünürəm ki, hesab bərabərə qalacaq, 1:1 olacaq və təəssüflər olsun ki, “Sabah” mərhələni Çempionlar Liqasında yox, Avropa Liqasında davam etdirəcək”.

Manşet.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyev:

” “Sabah” hazırda ölkəmizin futbol dünyasında yeni rəqabət mühiti yaradır. Bu baxımdan çox önəmli komandadır, çox gözəl oyunçuları var. Mən inanıram ki, “Sabah” bu gün rəqibini məğlub edəcək və Çempionlar Liqasının növbəti mərhələsinə yüksələcək. Əgər bu baş verəcəksə, ölkəmizin futbol tarixində mühüm addım olacaq. “Sabah”ın bugünkü uğuru ona eyni zamanda yeni fanatlar qazandıra bilər. Bu baxımdan bugünkü oyunu çox əhəmiyyəli hesab edirəm və inanıram ki, “Sabah” ən azı 2 top fərqi ilə qalib gələcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Avqust 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri