Icma.az
close
up
RU
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər

“Sabah”, “Neftçi”, “Turan Tovuz”! ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 17-dən bəri bu ölkədə personası ən çox müzakirə olunan futbolçulardan biri, heç şübhəsiz, Elvin Cəfərquliyevdi.

Bunun əsası var. Axı Çempionlar Liqasında fenomenal oyun göstərən müdafiəçi “Futbol+”in ümummilli sorğusunda 2025-ci ilin ən yaxşı futbolçusu da seçilmişdi. Amma aprelin 17-də Elvinlə Abbas Hüseynovun həyatı dəyişdi: belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubdaxili intizam qaydalarını pozan bu iki futbolçunu əvəzedici heyətə göndərdi.
Uzun müddət bu iki futbolçu ilə bağlı sükut qorundu. Nəhayət, bir neçə gün əvvəl maraqlı hadisə baş verdi. Abbasın xidmətinə yenə də ehtiyac duymayan Qurbanov Elvini Avstriya toplanışına yollanan heyətə saldı. Bu qərar indi fərqli dəyərləndirilir. Baş məşqçinin usta futbolçunu bağışladığını düşünənlər də var, “Qarabağ”ın onu formasını yaxşılaşdırandan sonra satacağını güman edənlər də. Hələ ki Avropanın hansısa iddialı klubu Cəfərquliyevə görə Ağdam klubunun “elçi daşının üstündə oturmayıb”. Maraqlıdı, bəs yerli klublardan hansısa belə baha transferə imza ata bilərmi? Yerli klublar Elvini transfer etməyə qadirdisə, onlara nə mane olur?
Bu suallara cavab tapmaq üçün menecer fikrinə ehtiyac duyduq. Əvvəlcə sizi Emil Şükürovun fikirləri ilə tanış edirik: “Sabah”, “Neftçi”, “Turan Tovuz” - bu üç klubun Elvini həm transfer etməyə, həm də müqaviləsinin maddi tələblərini yerinə yetirməyə gücü olduğuna inaniram. Mane olacaq amillər arasinda ilk növbədə oyunçunun xarakteri, ətrafinda kifayət qədər söz-söhbət gəzməsi durur. Mediada fəal şəkildə müzakirə olunan fərddi. Belə müzakirələr heç də həmişə müsbət xarakterli olmur. Bundan başqa, klublar birbaşa rəqiblərindən pul verib futbolçu almağa üstünlük vermirlər. Bir mövsüm gözləyib, sonradan oyunçunu sərbəst transfer etmək istəyirlər. Üçüncü amil oyunçunun öz istəyidi. Daim gündəmdə olan oyunçu xarici klubların da hədəfinə düşəndə bir çox hallarda daha aşağı məbləğə legioner həyatı yaşamağa razılaşa bilər.
Adətən, klub “gözdən çıxardığı” oyunçunu yenidən satmaq məqsədi ilə geri qaytarır. Formada olan oyunçu daha yüksək məbləğ müqabilində transfer edilə bilər”.
Elvin Cəfərquliyevin meneceri Tural Əsgərov: “Onun Avstriyadakı təlim-məşq toplanışında iştirak etməsi başqa kluba transfer edilməsi ehtimalının sıfra yaxın olması demək deyil. İş davam edir. “Transfer pəncərəsi” yenicə açılıb. Elvini heyətə qata biləcək çox klub var”.
Menecerlərdən Vaqif Heydərlinin də bu mövzuda fikrini öyrəndik: “Sabah” və “Neftçi” əlində olan imkanlarına görə Elvini transfer edə bilər. Nəyin buna mane olduğunu bilmirəm. Bu klubun şəxsi məsələsidi. Bəlkə komandaların oyun sisteminə uyğun olmadığından, heyətdə kifayət qədər futbolçu olmasından və ya maliyyə səbəblərindən ola bilər. Məncə, Elvin hər bir klubun istəyə biləcəyi oyunçudu. Nəzərə alsaq ki, söhbət yerli çempionatdan gedir. Elvinin “Qarabağ”ın toplanışa gedən heyətinə qoşulması, təbii ki, normaldı. Ağdam klubu ilə müqaviləsi var. Gələcəyinin necə olacağını zaman göstərəcək”.
Xatırladaq ki, Cəfərquliyevin “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.
İSRAYIL XEYRULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 İyun 2026 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri