Sabah Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanıda qaz olmayacaq
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabah Bakının bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Reyting.az “Azəriqaz”a istinadla xəbər verir ki, paytaxtın Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar mayın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan "MİDA yaşayış kompleksi"nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Baxış sayı:107
Bu xəbər 14 May 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















