Sabah Patrik Orfe Mbinanı transfer edib
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sabah" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Ölkə.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina komandanın heyətinə qatılıb.
25 yaşlı futbolçu Sloveniyanın "Maribor" klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Sabah" icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.
Qeyd edək ki, Mbina karyerası ərzində Qabonun "Port-Jantil" (2016-2018), Fransanın "Kolomye" (2018), "Bezye B" (2019-2020), "Qrenobl B" (2020-2021), "Bove" (2021-2022), "Şamalyer" (2022-2023), "Nim" (2023-2024), Portuqaliyanın "Leyriya" (2025, icarə) və Sloveniyanın "Maribor" (2024-2025) komandalarında çıxış edib.
Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Fevral 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















