Sabah paytaxtın bir neçə ərazisində işıq KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Sabah Bakının Yasamal, Nizami və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, eləcə də enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində təmir işləri aparılacaq.
Yasamal rayonunda transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev və Mirəli Seyidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nizami rayonunda rele mühafizəsi və avtomatikanın yoxlanılması məqsədilə Bəhruz Nuriyev küçəsində, eləcə də Babək və Qara Qarayev prospektlərinin bəzi hissələrində saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Binəqədi rayonunda transformator məntəqəsində aparılacaq təmir və yoxlama işləri ilə əlaqədar 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin bir sıra hissələrində saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Qeyd olunub ki, görüləcək işlər elektrik enerjisinin verilişinin keyfiyyətinin yaxşılaşdırılmasına və artan yük tələbatının qarşılanmasına xidmət edir.
Baxış sayı:90
Bu xəbər 21 Oktyabr 2026 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















