SABAH proqramına növbəti mərhələdə doktorantların da qoşulması nəzərdə tutulur
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
SABAH proqramına növbəti mərhələdə doktorantların da qoşulması nəzərdə tutulur. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, doktorantlar üçün tədrisəsaslı, yeni məzmunlu təhsil proqramlarının tətbiqi planlaşdırılır.
Qeyd edildiyi kimi, proqram ali təhsil müəssisələri və təhsilverənlər üçün də cəlbedici olacaq. Belə ki, proqrama qoşulan ali təhsil müəssisələrinin təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni laboratoriya və avadanlıqların alınması, tədris-metodiki və elmi bazanın gücləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Proqramda iştirak edən akademik heyət fərdi və peşəkar inkişaf məqsədi ilə müxtəlif təlimlərdən, birgə elmi tədqiqatlardan və beynəlxalq mübadilə proqramlarından yararlana biləcək.
Proqramın icrasına əmək bazarının nümayəndələrinin də cəlb edilməsi nəzərdə tutulub. Belə ki, işəgötürənlərin təşəbbüsü ilə tələbələr müxtəlif təlimlərdə, təcrübə proqramlarında iştirak edə biləcəklər ki, bu da məzunların birbaşa işə cəlb edilməsinə imkan yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















