Icma.az
close
up
RU
“Sabah” qəzeti PKK nın tərk silah edilməsinin yol xəritəsini açıqlayıb

“Sabah” qəzeti PKK nın tərk silah edilməsinin yol xəritəsini açıqlayıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 13 may, AZƏRTAC

Türkiyənin “Sabah” qəzeti 1984-cü ildən bu yana qanlı əməlləri ilə on minlərlə türk vətəndaşının həyatına son qoyan PKK terror təşkilatının ləğvi və tərk-silah edilməsi qərarından sonra atılacaq addımların yol xəritəsini dərc edib.

AZƏRTAC Türkiyə qəzetinin məqaləsinə istinadla xəbər verir ki, terrorçuların silahları təhvil verməsi prosesi 3-4 ay çəkəcək. Bu müddət ərzində 3400-ə qədər silahlı bölgənin dağlıq ərazilərini, o cümlədən Şimali İraqın Türkiyəyə bitişik ərazilərini tərk edəcək.

Qəzet yazır: “Şimali İraqda silahlıların silah gətirəcəyi üç-dörd nöqtə müəyyən ediləcək. Artıq müvafiq hazırlıqlar gedir və ehtiyat tədbirləri görülüb”. Məqalədə bütün prosesin Şimali İraq Kürd Regional Rəhbərliyi və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə səyləri ilə həyata keçiriləcəyi qeyd edilir.

“Sabah” qeyd edir ki, Türkiyənin dövlət qurumları PKK arsenalında olan silahların təxmini sayını bilir, ona görə də Ankara silah və sursatın hələ də yaraqlıların əlində nə qədər olduğuna dair təsəvvürə malik olacaq.

Terrorçular, həmçinin mağaralar da daxil olmaqla silah anbarlarının yerlərini açıqlamağa məcbur olacaqlar.

Məqalədə vurğulanır: “Təxminən 3500 RKK terrorçusundan yüzə yaxını kriminal strukturun liderləri arasında yer alır. Bu iki kateqoriyalı yaraqlılar üçün fərqli yanaşma tətbiq olunacaq. Terror aktlarında iştirak etdiyinə görə axtarışda olmayan yaraqlıların əksəriyyəti Türkiyəyə qayıda biləcək. Türkiyə qanunvericiliyinə onlar üçün iki ildən sonra həyata keçirilməsi planlaşdırılan sosial nəzarət mexanizmi çərçivəsində xüsusi dəyişiklik ediləcək, beləliklə, onların “şərti olaraq” azadlığa buraxılması gözlənilir. Eyni zamanda, PKK terrorçularının liderləri Afrikanın cənubuna və ya bəzi Qərb ölkələrinə gedəcəklər. Şimali İraqda yaşamaq variantı da mümkündür. Eyni zamanda, Ankarada PKK liderlərinin Suriyanın şimalına köçməsi ilə bağlı təkliflər rədd edilib. PKK terror təşkilatının Suriya qanadı olan YPG-yə gəlincə, bu yaraqlılar Suriya Milli Ordusuna birləşdiriləcək”.

Nəşrin məlumatına görə, Suriyada PKK/YPG yaraqlılarına qarşı məhkəmələr Ankara və Dəməşqin birgə səyləri ilə həyata keçiriləcək.

Məqalədə daha sonra diqqətə çatdırılır: “Terror təşkilatının zərərsizləşdirilməsi prosesinin bu ilin oktyabr ayına qədər yekunlaşacağı güman edilir. Payızda “demokratikləşmə” prosesi başlayacaq və bu proses çərçivəsində Türkiyə Konstitusiyasına dəyişiklik edilməsi məsələsinə də baxıla bilər. Eyni zamanda, Türkiyənin təhlükəsizlik strategiyasına yenidən baxılmayacaq. Ölkənin milli təhlükəsizliyinə təhdidlər aradan qaldırılana qədər antiterror əməliyyatları davam edəcək”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri