“Sabah” qış toplanışını Bakıda keçirəcək? Klubdan AÇIQLAMA
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Qış fasiləsi yaxınlaşdıqca klubların hazırlıq planları da dəqiqləşir. Təxminan 1 ay müddətində komandalarımız müxtəlif məkanlara üz tutacaqlar. Bu zaman ölkədən kənara çıxanlar, burada qalıb məşq edənlər də olacaq. Misal üçün “Sabah” klubunun qış toplanışını Bakıda keçirmək istəməsi ilə bağlı məlumat yayılıb.
Xəbəri dəqiqləşdirmək üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında toplanış məsələsinin hələ dəqiqləşmədiyini bildirib:
“Qış toplanışını harada keçirəcəyimiz hələ dəqiqləşməyib. Bu barədə müzakirələr aparılır. Bu həftə ərzində hər şey bəlli olacaq və biz də bu planlarımızı açıqlayacağıq”.
Qeyd edək ki, Hələ dəqiq olmasa da, “Sabah”ın Bakıda qalması daha real görünür. Çünki komandanın paytaxtda normal bazası var, hazırlığı orada da keçirə bilər. Sparrinq rəqiblər baxımından da yəqin ki, ölkəni tərk etməyən digər Premyer Liqa klubları seçiləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Dekabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















