Icma.az
close
up
RU
SABAH qrupları ilə bağlı YENİ QƏRAR

SABAH qrupları ilə bağlı YENİ QƏRAR

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər"in təsdiq edilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki,  bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Qərara əsasən, SABAH proqramlarının təşkili ilə bağlı tələblər müəyyən olunub. Belə ki, ali təhsil müəssisəsində beynəlxalq kitabxana resurslarına və elmi bazalara (SCOPUS, Web of Science və s.) çıxış imkanları olmalıdır. 

Həmçinin ali təhsil müəssisəsi müraciət edilən tarixə olan məlumatlara əsasən "Times Higher Education World University Rankings", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai Ranking)" beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində yer almalıdır (fəaliyyət müddəti 5 ildən az olan ali təhsil müəssisəsi istisna olmaqla).

Bundan başqa, tələblər sırasında ali təhsil müəssisəsinin elmi-pedaqoji heyətinin SABAH Proqramının təşkil ediləcəyi ixtisas sahəsi üzrə nüfuzlu elmi bazalarda (SCOPUS və Web of Science) indekslənən ümumi nəşrlərinin sayı azı 100  olmalıdır.

Ali təhsil müəssisəsində tələbələrin inkişafını dəstəkləyən qabaqcıl ekosistem (karyera və inkişaf mərkəzləri, dövlət-özəl ortaq təcrübə proqramları, mentorluq sistemləri, tələbə klubları və s.) mövcud olmalı və tələbələrin layihə, müsabiqə, konfranslarda iştirakına maliyyə dəstəyi verilməlidir.

Universitetlərdə SABAH proqramının həyata keçiriləcəyi ixtisas üzrə məzunların məşğulluq faizi ölkədəki eyni ixtisas üzrə orta göstəricidən (müvafiq məlumatların əlçatanlıq səviyyəsi aşağı olduqda ali təhsil müəssisəsi üzrə məzunların ümumi orta məşğulluq göstəricisindən) yüksək olmalıdır (son 2 tədris ilinin məzunları istisna olmaqla əvvəlki 3 tədris ilinin məzunlarının məşğulluq məlumatlarına əsasən).

Son 3 tədris ilində Azərbaycan ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən müvafiq ali təhsil müəssisəsində SABAH proqramının həyata keçiriləcəyi ixtisas (ixtisaslaşma) üzrə minimum və orta qəbul balları ölkə üzrə orta göstəricidən yüksək olmalıdır.

SABAH proqramının təşkil ediləcəyi ixtisas qəbuluna dair nəticələrə əsasən son 3 tədris ilində faktiki tələbə qəbulu göstəricisi 90 %-dən yuxarı olmalıdır. Ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas üzrə son 3 tədris ilində müəllim-tələbə nisbəti 1/15 – 1/20 aralığında olmalıdır. SABAH proqramının təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə tədris prosesinə cəlb olunan müəllim heyətinin azı 40 %-i müvafiq ixtisas sahəsi üzrə fəaliyyət göstərən özəl və ya dövlət sektorunda çalışan mütəxəssislərdən ibarət olmalıdır.

Həmçinin universitetlərdə SABAH proqramının təşkil ediləcəyi ixtisas  üzrə tədrisə cəlb olunmuş elmi-pedaqoji heyətin ən azı 60 %-i elmi dərəcəyə və elmi ada malik olmalıdır.

Ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas  üzrə tədrisə tam ştatda işləyən elmi-pedaqoji heyətin azı 10 %-i, tədrisə ali təhsil müəssisəsində saathesabı qaydada dərs deyən elmi-pedaqoji heyətin  isə azı 20%-i xarici dövlətin ali təhsil müəssisələrində təhsil almış olmalıdır.

SABAH proqramın təşkil ediləcəyi ixtisas  üzrə tədrisə cəlb edilən elmi-pedaqoji heyətin azı 5 %-i nüfuzlu xarici ali təhsil müəssisələrinin professor-müəllim heyəti sırasından olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Avqust 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri