Icma.az
close
up
RU
Sabah Rusiyanın taleyi həll olunacaq

Sabah Rusiyanın taleyi həll olunacaq

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nüvə sualtı qayıqlar artıq regiondadırlar, lazım olan yerdədirlər

ABŞ Prezidenti Trampın avqustun 8-i Rusiyaya verdiyi on günlük ultimatumun son günüdür.

“Financial Times” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb ki, Rusiya avqustun 8-dək müharibəni dayandırmağa razı olmasa, ABŞ onun “kölgə donanması”na qarşı əlavə sanksiyalar tətbiq edə bilər.

Mənbələrin fikrincə, “kölgə donanma”ya qarşı yeni sanksiyaların tətbiqi Moskvaya əlavə xərclər yükləmək üçün ilk sadə addım ola bilər.

Bir başqa mənbə isə başqa variantların da nəzərdən keçirildiyini qeyd edib.

Qəzet qeyd edir ki, Tramp indiyədək diplomatik yollarla razılığa gəlməyə ümid edərək Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən çəkinib.

ABŞ Prezidenti Donald Tramp isə deyib ki, avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

“Sanksiyalar olacaq, lakin görünür, Rusiya onlardan qaçmaqda kifayət qədər uğurludur. Bilirsiniz, onlar hiyləgər insanlardır və sanksiyalardan qaçmağa müvəffəq olurlar”, - Tramp bildirib.

Bununla yanaşı Tramp Rusiyanı nüvə silahı ilə hədələyib.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə aşıqlamasında deyib ki, ABŞ-ın iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb.

“Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər”, - Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl o, “Nyusmaks” telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan imtina edib.

Ağ Evin rəhbəri yerdəyişmə qərarını Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib.

Xatırladaq ki, Medvedyev iyulun 28-də ABŞ liderinin Moskva ilə “ultimatum oyunu” oynadığını açıqlamışdı. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.

Tramp isə öz növbəsində Medvedyevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.

Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib ki, Rusiyanın dünyanı, o cümlədən nüvə silahı ilə qorxutması ölkəsinin vətəndaşlarını qorxuya saldığı üçün ABŞ Prezidenti Donald Trampı buna reaksiya verməyə məcbur edir.

"Rusların bütün danışıqları 99% blefdir, lakin onlar ABŞ vətəndaşlarını qorxutmağa başlayır, ona görə də Tramp indi öz təhlükəsizliyini gücləndirmək üçün Ukraynaya daha çox kömək göstərilməli olduğu mövqeyi tutmağa məcburdur", - o bildirib.

ABŞ-nin keçmiş konqresmeni Con Tiernin fikrincə,

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı "nüvə ritorikası" fəlakətə gətirib çıxara bilər.

"Nüvə ritorikası ilə bağlı ciddi narahatlıq var və bu, çox asanlıqla fəlakətə gətirib çıxaran səhvlərə və ya yanlış hesablamalara səbəb ola bilər",- o, ifadə edib.

Analitikin fikrincə, Tramp qəzəbini yatıra bilmir və bu, dövlət başçısının Amerika sualtı qayıqlarını Rusiyaya yaxınlaşdırmaq qərarı fonunda faktiki nüvə eskalasiyasına səbəb olub.

“Bu həftə ABŞ Prezidenti Donald Tramp Dmitri Medvedyevin şifahi təxribatlarına cavab olaraq Rusiyanı Hərbi Dəniz Qüvvələri ilə hədələdi. Bununla belə, bugünkü ABŞ Hərbi Dəniz Qüvvələri çətin günlərdən keçir və yəqin ki, göründüyündən daha zəifdir”.

Bu barədə isə "Voll Strit Jurnal" məlumat yayıb.

"Gəmiqayırma və gəmi təmiri sənayesi uzun müddətdir ki, təcrübəli kadr çatışmazlığından şikayətlənir. Məhdud tərsanə və köhnə avadanlıq problemləri də var. Bu problemlər Soyuq müharibədən sonra dövlət gəmiqayırma zavodlarına investisiyaların çatışmazlığını və Amerika dəniz sənayesinin daha geniş şəkildə tənəzzülünü əks etdirir", - məlumatda qeyd olunub.

Politoloq Vüqar Dadaşov qəzetimizə açqılamasında deyib ki, tarix bəzən təkcə təkrarlanır, həm də təzyiqin rəsmi üslubu kimi istifadə edilir. ABŞ Prezidenti Donald Tramp, Rusiya Federasiyasına Rusiya-Ukrayna müharibəsinin dayandırılması və atəşkəsin elan olunması üçün verdiyi 50 günlük müddəti konkret 10 günə endirib və bu müddətdən artıq bir həftədən az vaxt qalıb. Tramp ABŞ-ın bu müddətdən sonra atacağı addımları daha dərin iqtisadi sanksiya və izolyasiya siyasəti kimi təqdim etsə də, bu faktiki olaraq qlobal təhlükəsizlik nəbzi kimi qəbul edilir.

Bu ritorika müəyyən mənada XX əsrin ən kəskin geosiyasi qarşıdurmalarından biri olan 1962-ci il Karib böhranını xatırladır: “1962-ci ilin oktyabrında ABŞ kəşfiyyatı Sovet İttifaqının Kubaya orta mənzilli nüvə başlıqlı raketlər yerləşdirdiyini aşkar etdi. Prezident Con F. Kennedi SSRİ-yə dərhal və qeyd-şərtsiz şəkildə bu raketlərin sökülməsi və geri çəkilməsi üçün ultimatum verdi. Əks halda ABŞ hərbi müdaxiləyə hazır olduğunu elan etdi.

Sovet rəhbəri Nikita Xruşşov əvvəlcə Kennedinin ultimatumuna susdu. Sonra ard-arda iki məktub göndərdi. Məktublardan biri sülhpərvər, digəri isə Türkiyədəki ABŞ raketlərinin çıxarılması şərtini irəli sürmüşdü. Kennedy yalnız birinci məktuba cavab verdi, ikinci məktub isə diplomatik şəkildə nəzərə alınmadı.

Nəticədə SSRİ Kubadan raketlərini geri çəkdi, ABŞ isə gizli şəkildə Türkiyədəki "Jupiter" raketlərini sökdü. Dünya real nüvə müharibəsinin astanasından geri döndü”.

O, qeyd edib ki, Donald Trampın verdiyi 10 günlük müddətə hələ Kremlin cavabı yoxdur. Dünya isə narahatlıqla gözləyir.

Qalan günlər ərzində Rusiya-Ukrayna münaqişəsinin atəşkəslə nəticələnməməsi və ya Kremlin bu ultimatumun mahiyyətinə rəsmi cavab verməməsi yeni mərhələnin başlanğıcı ola bilər. Diplomatiyadan kənar təzyiq alətləri - iqtisadi, siyasi və ya kibernetik cəbhələşmələr - tam mümkün hesab edilir: “Tarixçilər deyirlər ki, Xruşşov Kennedinin ultimatumuna dərhal cavab vermədi və bu, psixoloji təzyiq və saymazlıq kimi Kennedini çox narahat və yuxusuz etmişdi. İndi də Vladimir Putin Xruşşovun təcrübəsində olduğu kimi, Trampın ultimatumuna susaraq cavab verir. Təbii ki, bu da Trampı çox qıcıqlandırır. Bu, soyuqqanlı strateji gözləmədir və cavabsızlığın cavab olduğu bir davranışdır. Trampın emosional xarakterini nəzərə alsaq, Putinin psixoloji təzyiqinə Trampın vəd etdiyi sanksiya və izolyasiya xəttindən kənara çıxa biləcəyi ehtimalı yüksək görünür.

Həmin dövrdə siyasət gizli diplomatik kanallar və yazışmalarla aparılırdısa, indi siyasət publik və sosial media üzərindən aparılır. Bu vasitə bir növ tərəflərə əlavə təzyiq kimi, daha inadkar olmağa, imici qorumağa məcbur edir ki, bu da müəyyən məsələlərin və siyasi qarşıdurmaların həllini əngəlləyir”.

V.Dadaşovun fikrincə, əgər Rusiya – Putin bu 10 günlük müddətdə addım atmasa və ABŞ Prezidenti Trampın iradəsinə cavab verməsə, bu, yalnız diplomatik gərginlik deyil, həm də nüfuz mübarizəsi və liderlik testidir.

Tramp bu müddəti seçməklə həm öz lider imicini, həm də ABŞ-ın qlobal statusunu təsdiqləməyə yönəlik bir gediş edib. Gediş sərtdir, cavab isə sükut. Sükut isə bəzən cavabdan daha sərt olur. Avqustun 1-də Lukaşenko ilə Putin arasındakı son görüş və ortaq bəyanatları ABŞ, ümumən Qərb dünyası və bəzi qüvvələr qarşısında meydan oxuma mesajını ehtiva edir. 2023–2024-cü illərdə Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirmiş və bunların istifadə hüququ Belarus tərəfinə verilib: “Putin 2025-ci ilin martında bəyan etdi ki, Rusiyanın hipersəsli "Oreshnik" raketi Belarusda yerləşdiriləcək və məqsədini Minsk müəyyən edir. Lukaşenko və Putinin son görüşündəki açıqlamalar yeni böyük müharibə anonsları və xəbərdarlığı kimi qəbul edilir.

Ehtimal edirəm ki, əgər Tramp Putindən bu müddət daxilində cavab almasa, onun reaksiyası təkcə qeyd etdiyim kimi daha dərin iqtisadi sanksiyalar və izolyasiya olmaya bilər. Əlbəttə ki, ABŞ-ın Rusiyaya birbaşa hərbi müdaxiləsi inandırıcı deyil. Ancaq Ukraynanın ABŞ-ın istəyi və iradəsi ilə Rusiyaya sarsıdıcı hərbi hücum ehtimalı yüksəlir.

1962-ci ildə Kennedi–Xruşşov qarşıdurmasında müdriklik üstün oldu. 2025-ci ildə Tramp artıq ultimatum verib və müddətdən saylı günlər qalıb. Putinin cavabı və Trampın reaksiyası bəlkə də tarixin tamamilə yeni səhifəsini açacaq”.

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki,

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın “müharibəni dayandır” təklifinə ona verilən 10 günün bitimini gözləmədən “yox” dedi.

O vurğulayıb ki, Trampa işarə edərək “şişirdilmiş gözləntilər özünü doğrultmadı” deyən Kreml sahibinin məntiqi sadədir: “Birincisi, Rusiyanın bütün cəbhə boyu hücumu genişləndirdiyi mərhələdə Ukrayna ilə atəşkəs mümkün deyil. İkicisi, ABŞ-ın yeni sanksiyaları Kremli narahat etmir. Elə Trampın özü də son açıqlamalarının birində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinin anonsunu versə də, bunun işləyəcəyinə şübhə ilə yanaşdığını bildirib. Ağ Ev sahibinin bu açıqlaması Putinin “sanksiyalardan qorxmuram” arqumentini gücləndirib. Bu o deməkdir ki, müharibə davam edəcək, paytaxt Kiyev olmaqla, Ukrayna şəhərləri əvvəlkitək bombalanacaq, mülki insanlar ölməkdə davam edəcək”.

Politoloqun sözlərinə görə, Putin cəbhə bölgəsində say üstünlüyündən istifadə etməyə çalışır: “Digər tərəfdən, Rusiya dron istehsalında geriləməni ortadan qaldırıb. Buna baxmayaraq, Putinin işğal ərazisini genişləndirmək siyasəti Rusiyaya baha başa gəlir. Rusiya hər ay minlərlə hərbçisini itirir, müharibə ölkə büdcəsinə ağır yükə çevrilib, bunu iqtisadi sferaya rəhbərlik edənlər də etiraf etməyə başlayıb. Ancaq nə qədər ki, Putin hakimiyyətdədir, o, Ukraynanı parçalamaq planından vaz keçməyəcək”.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Avqust 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see290

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see215

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see215

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see207

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see197

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see145

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see145

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see138

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see138

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see135

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see127

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see126

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see125

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see124

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see124

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri