Icma.az
close
up
RU
Sabah Sumqayıtda qış çempionu oldu!

Sabah Sumqayıtda qış çempionu oldu!

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt - Sabah (Bakı) 1:3 (0:1)
22. Xəyal Fərzullayev - 5,0
80. Keffel Resende - 5,0
14. Pedro Pinto - 5,5
3. Höccət Haqverdi - 5,0
75. Nadir Orucov - 5,0
8. Səbuhi Abdullazadə (k) - 5,5
95. Nsana Simon - 5,0
(10. Nikola Ninkoviç, 59) - 5,5
23. Ronaldo Vaskez - 6,0
71. Masaki Murata - 5,0
(11. Aleksa Yankoviç, 46) - 5,0
7. Rüstəm Əhmədzadə - 5,0
(19. Roy Kehat, 59) - 5,0
9. Aleksandr Ramalinqom - 5,5
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
56. Aftandil Arixov
64. Kənan Feyziyev
66. Ruslan Əliyev
37. Nihad Orucəli
Məşqçi: Veliçko Kaplanoviç
Komandanın ən yaxşısı: Ronaldo Vaskez
92. Stas Pokatilov (k) - 6,0
27. Timoteuş Puxaç - 6,5
40. İqor Noqeyra - 6,0
3. Stiv Solvet - 6,0
80. Akim Zedadka - 6,0
46. Aleksey İsayev - 5,0
(11. Kahim Parris, 12) - 6,5
13. İvan Lepinitsa - 6,0
33. Umarali Raxmonaliyev - 5,5
(6. Abdulla Xaybullayev, 72) - 5,5
21. Velko Simiç - 7,0
88. Xəyal Əliyev - 6,0
19. Aron Maluda - 6,0
(70. Cesse Sekidika, 72) - 5,5
Ehtiyat oyunçular
72. Rustam Samiqullin
12. Rauf Əyyubov
17. Tellur Mütəllimov
2. Amin Seydiyev
5. Rəhman Daşdəmiro
89. Cəfər Muxtarov
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Velko Simiç
Qollar: V.Simiç, 27 (0:1, T.Puxaç). V.Simiç, 50 (0:2, K.Parris). K.Resende, 62-öz qapısına. (0:3). R.Vaskez, 66 (1:3).
Vərəqələr: R.Əhmədzadə, 9 (qeyri-idman hərəkəti). R.Vaskez, 16 (qeyri-idman hərəkəti). A.Ramalinqom, 55 (hakimin qərarına etiraz). S.Abdullazadə, 88 (hakimin qərarına etiraz). N.Ninkoviç, 90+6 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rəhman İmami (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Nəriman Axundov (Bakı).
22 dekabr. Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. 2700 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.
İlin son matçının hər iki komanda üçün yetərincə ciddi əhəmiyyət daşıdığı göz önündəydi. Qış fasiləsinə "Sabah" "qış çempionu" kimi yollanmaq istəyirdisə, avrokuboklar uğrunda mübarizə aparan "Sumqayıt" "doğma divarlar" arasında qazanacağı qələbəylə ilk "dördlüy"ə qayıtmağın xəyallarını qururdu.

Gözlənildiyi kimi, arzusuna çatan tərəf Masazır təmsilçisi oldu. Özü də yetərincə inamlı oyun və üstün performansla qazanılan qalibiyyət sayəsində. İş ondadı ki, oyun proqnozlaşdırıldığı qədər sürətli keçmədi. İlk təhlükəli epizoda şahidlik edə bilmək üçün 17-ci dəqiqəyə qədər gözləməli olduq. Burda təxminən 20 metr məsafədən fərqlənmək istəyən Puxaç Xəyalla bacarmadığından komandasını üzdü. Növbəti təhlükə də "Sumqayıt"ın qapısı önündə yaşandı. Bu dəfə Zedadkanın ötürməsini birbaşa zərbəylə tamamlamaq eşqinə düşən Simic qeyri-dəqiq oynadı. O başqa məsələ ki, serbiyalının günahını yumaq üçün çox vaxta ehtiyacı olmadı. 26-cı dəqiqədə Puxaçın göndərdiyi topu öndə qəbul edən yarımmüdafiəçi aşırma zərbəylə qonaqları hesabda önə çıxardı. Nəhayət, 31-ci dəqiqədə meydan sahiblərinin də varlığı hiss olundu. Sadəcə, Simonun həlledici andakı qeyri-dəqiqliyi Pokatilovu narahat etmədi. Düzü, bundan sonra komandaların tutarlı hücumu qeydə alınmadı. Lakin "Sabah"ın üstünlüyü davam etdirmək niyyətində olduğuna şübhə yox idi. Çünki "bayquşlar" rəqibi mərkəzi keçmədən dayandırmağa müvəffəq olurdu. Nəticədə Masazır təmsilçisi fasiləyə öndə yollandı.
Dambrauskasın komandası meydana qayıtdıqdan sonra da sürəti azaltmadı. Yenə Simic... Bəli, qonaqların ikinci qolunun da müəllifi serbiyalı oldu. Umaralinin bir qədər əvvəl imza atdığı qeyri-dəqiq zərbədən sonra növbəti hücumunu reallaşdıran qonaqlar 50-ci dəqiqədə yarımmüdafiəçinin Parrisin ötürməsindən maksimum faydalanması sayəsində üstünlüyünü möhkəmləndirdi. İndi "Sumqayıt"dan daha inadkar oyun gözləmək olardı ki, Resende rəqibin çörəyinə yağ sürtdü: 62-ci dəqiqədə topu öz qapısına göndərdi. O başqa məsələ ki, braziliyalı "çərçivə"ni nişan almağa hazırlaşan Parrisi zərərsizləşdirmək istəyirdi... Hər halda, "Sabah" hesabı darmadağın həddinə çatdırdı. Hələ onu demirik ki, buna qədər həm Maluda, həm də Ronaldo fürsətləri sağa-sola xərclədi. Düzdü, Vaskez 66-cı dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxdı. Daha doğrusu, Pokatilovun Yankoviçin zərbəsindən sonra qarşıladığı topun meydanda qalmasından yararlanaraq adını tabloya yazdırdı. Ancaq bu, meydan sahiblərinin məğlubiyyətdən qurtulması üçün yetərli olmadı. Qalan vaxtda Resende dirəyi "nişan aldısa", Solvetin başla zərbəsi qeyri-dəqiq oldu. 84-cü dəqiqədə isə Xəyal adaşıyla bacarmadı. Ardınca Yankoviç yüzfaizlik qol epizodunu əldən çıxardı. Sözün əsl mənasında boş qapını dəqiq nişan ala bilməyən serbiyalı komandasını daha da məyus etdi.
Belədə "Sabah"ın "qış çempionu" olması üçün maneə qalmadı. "Sumqayıt" isə ilk "dördlüy"ə qayıtmaq imkanını qaçırdı.
Gözdən qaçmadı
// Valdas Dambrauskas matçı qeydə alan dronun "Sabah"ın texniki zonası üzərində uçmasına kəskin etiraz etdi.
// "Sabah" azarkeşləri oyundan sonra "çempion, çempion" şüarını səsləndirdi və komandanı təbrik etdi. "Sumayıt" azarkeşləri də məğlub komandalarına biganə qalmadı.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see450

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see332

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see324

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see308

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see229

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see227

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see207

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see202

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see190

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see186

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see181

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see179

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see177

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see177

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see169

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see167

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see163

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see162

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see161

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri