Icma.az
close
up
RU
SABAH tələbəməzun forumu və karyera sərgisi başlayıb

SABAH tələbəməzun forumu və karyera sərgisi başlayıb

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 3-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisinin açılış mərasimi keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, tədbir SABAH qruplarına dair videoçarxın nümayişi ilə başlayıb. Daha sonra Bakı Musiqi Akademiyasının SABAH tələbələrindən ibarət “Detaşe-SABAH” simli alətlər ansamblının ifasında musiqi nömrəsi səsləndirilib. 

Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qlobal meyllər təhsil sistemində yeni çağırışları formalaşdırdığından yeni məzmunlu, müəyyən ixtisaslar üzrə daha davamlı və əmək bazarının tələblərinə cavab verən təhsil proqramları ortaya qoyulmalıdır. Əmək bazarı ilə təhsil arasında daha interaktiv əlaqənin qurulmasının önəmini vurğulayan nazir müavini təhsil proqramlarının iş dünyasının tələblərinə uyğunlaşdırılmalı olduğunu qeyd edib. Ardınca “SABAH-ın Məzunu” adlı video təqdim edilib. 

Videotəqdimatdan sonra Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli SABAH məzunlarının məşğulluq göstəriciləri barədə tədbir iştirakçılarına məlumat verib. 

Çıxışlardan sonra SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı olub. Tədbir çərçivəsində SABAH tələbələri arasında 23-24 noyabr tarixlərində ekoloji maarifləndirmə mövzusunda təşkil edilən "Secure Tomorrow” hakatonunun qalibləri də mükafatlandırılıb. 

Forumun ilk günündə "SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi" mövzusunda panel sessiyası təşkil edilib. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin moderatorluğu ilə aparılan panel sessiyasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, millət vəkili Şahin Seyidzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış ediblər. Rəsmi hissə SABAH xorunun ifası ilə yekunlaşıb. 

Ardınca “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-Sənaye əməkdaşlığı” mövzusunda panel sessiyası da təşkil edilib. SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədovanın moderatorluğu ilə aparılan paneldə "CATALYSADE Technology Transfer and Innovation Inc" şirkətinin təsisçisi Sanem Yalçıntaş, Türkiyə-Azərbaycan Universitetinin rektor köməkçisi Mehmet Şimşer, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov spiker qismində çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar. 

İlk günün yekununda SABAH məzunlarının “Uzaqları yaxın edən SABAH!” mövzusunda panel sessiyası baş tutub. Qeyd edək ki, forumun təşkilində məqsəd "SABAH qrupları" layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır. İki gün davam edəcək forumda SABAH qrupları və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 50-dən çox şirkətin iştirak etdiyi karyera sərgisi də təşkil olunub. 

Nigar 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri