“Sabah” “Tofiq Bəhramov”a üç min azarkeş gətirəcək!
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Bilindiyi kimi, “Qarabağ” Bizon ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”ı qəbul edəcək. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda mümkün qədər çox azarkeşinin olması üçün xanımların və azyaşlıların stadiona girişini pulsuz edib.
Maraqlıdı, bəs, “Sabah”ın bu oyunda nə qədər azarkeşi olacaq? Klub stadiona daha çox tərəfdarın gəlməsi üçün hansı addımları atacaq?
Bu suallarla “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında komandanı səfərdə təxminən 3 min azarkeşinin dəstəkləyəcəyini bildirdi. Əlavə etdi ki, tərəfdarlar üçün klub tərəfindən avtobuslar ayrılacaq.
Xatırladaq ki, qarşılaşma aprelin 3-də, saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Aprel 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















