Sabah Tramp Pitin görüşü baş tuta bilər
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çərşənbə axşamı Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü baş tutacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə “Axios” portalı və “Kommersant” qəzeti yazıb.
Amerika tərəfini görüşdə dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valtz və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun təmsil edəcəyi gözlənilir.
Vitkoff əvvəllər "Fox News"-a Valtzla birlikdə Bazar günü axşam Səudiyyə Ərəbistanına gedəcəyini söyləyib. Rubio İsraildən Bazar ertəsi oraya gələcək.
Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi rəsmən açıqlanmasa da, media mənbələri bunun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ola biləcəyini yazır.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin də iştirakı mümkündür.
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















