Icma.az
close
up
RU
Sabah üçün həyacan siqnalı: bu gün tezdi, sabah gecdir ...

Sabah üçün həyacan siqnalı: bu gün tezdi, sabah gecdir ...

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

RƏŞAD

Premyer Liqada çıxış edən klublar arasında ikisi hazırda baş məşqçisiz qalıb. Söhbət "Sumqayıt" və "Sabah"dan gedir. "Kimyaçılar" Vaqif Cavadovla hələ mövsüm başa çatmamış yolları ayırdısa, Vasili Berezutskinin "bayquşlar"la vidalaşması bir qədər gözlənilməz oldu. Rusiyalı mütəxəssis paytaxt təmsilçisinə tarixində ilk titul qazandırdığından, çoxları onun "Sabah"ın "süklanı arxasında" qalıb işini davam etdirəcəyini düşünürdü. Ancaq ehtimallar özünü doğrultmadı. Azərbaycan Kubokunu qazanan və Avropa Liqasına vəsiqə əldə edən komandanın çalışdırcısı postundan getməyi lazım bildi.
"Sumqayıt"ın yeni baş məşqçi axtarışının uzanmasını hardasa başa düşmək olar. "Gənclik şəhəri"nin təmsilçisinin tələsən yeri yoxdu. Premyer Liqada yeni mövsümün startına iki aya yaxın vaxt qalıb. Ancaq "Sabah"ın bu işi bu qədər yubatması sonda acı fəsadını göstərə bilər. "Bayquşlar" artıq gələn ay Avropa Liqasında ilk oyununa çıxacaq. "Başsız atlı"nın hara üz tutacağı, nəyi necə edəcəyi isə bilinməz. Baş məşqçisiz komanda yelkənsiz gəmiyə bənzəyir. Dalğaların həmin gəmini hara aparacağına qabaqcadan söyləmək olmaz. Bu səbəbdən "bayquşlar" qısa zamanda yeni çalışdırıcı ilə bağlı qərar verməlidir.
Paytaxt təmsilçisinin qitəmiqyaslı turnirdə artıq rəqibi də məlumdur. "Sabah" I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Sele" ilə üz-üzə gələcək. O komandayla ki, ötən mövsüm UEFA Konfrans Liqasının 1/4 finalında oynayıb. Bu, artıq "bayquşlar"ın rəhbərliyi üçün ciddi siqnal olmalıdır.
"Sele" iki dəfə (2019/2020, 2023/2024) ölkə çempionu (1991-ci ildən bəri) adını qazanıb. Həmçinin 2004/2005 və 2024/2025 mövsümündə Sloveniya Kubokunun sahibi olub.
İspaniya millisinin sabiq futbolçusu, vaxtilə "Liverpul" və "Qalatasaray" kimi tanınmış klubların formasını geyinmiş Albert Rieranın başçılıq etdiyi "Sele" yuxarıda qeyd etditimiz kimi başa çatan mövsümdə Konfrans Liqasında 1/4 finala qədər gedib çıxıb. Sloveniya təmsilçisi bu mərhələdə İtaliya "Fiorentina"sına iki görüşün nəticəsinə (1:2, 2:2) görə uduzaraq mübarizəni dayandırıb. "Sele"nin avrokuboklarda bu mərhələyə qədər gəlməsi Sloveniya komandaları arasında indiyə qədər qazanılan ən böyük uğur kimi tarixə düşüb.
Odur ki, "Sabah" rəhbərliyi "Sele"ni ciddiyə almalı, komandanın Sloveniya klubu qarşısına kimin rəhbərliyi altında çıxacağını ən qısa vaxtda müəyyənləşdirməlidir. Necə deyərlər "bu gün tezdi, sabah gecdir"...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 İyun 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see323

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see185

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see142

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see135

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see132

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see130

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see126

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see125

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see124

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see122

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri