Icma.az
close
up
RU
“Sabah” üçün pley off formulu

“Sabah” üçün pley off formulu

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sabah” bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyununda “Levski”ni qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

İlk oyunda bolqarlara minimal hesabla (0:1) uduzan “Sabah” mərhələ adlamaq üçün iki top fərqi ilə qalib gəlməlidir. Minimal hesablı qələbələr oyunu əlavə vaxta aparacaq.

“Sabah” “Levski” səddini aşmaq üçün erkən qola ehtiyacı var. Müdafiədə kompakt oynayan bolqarların müqavimətini qırmaq asan olmayacaq. “Bayquşlar”da əsas yük cinah oyunçularının üzərinə düşəcək. Komandada yaradıcı oyunçu – pleymeyker problemi var və bu səbəbdən rəqib müdafiəsini mərkəzdən yarmaq çətin olacaq.

“Sabah”ın erkən vuracağı bir qol “Levski”yə psixoloji təsir edə bilər və komanda nisbətən açıq futbola keçməyə başlayacaq. Bu isə “bayquşlar”ın oyununu diktə etməsi üçün daha asan olar. “Sabah” açıq futbol oynamağı sevir və hücum xəttində keyfiyyətli, bitirici oyunçular var.

Fasiləyə qədər qolun vurulmaması isə “Sabah” üçün mənfi məqam olacaq. Artıq psixoloji üstünlük rəqibə keçəcək və “bayquşlar” ikinci hissədə risklər almalı olacaq. Bu isə “Levski”nin əks-hücumlarına şərait yaradacaq. Bu səbəbdən fasiləyə qədər vurulan qolun önəmi “Sabah” üçün böyük olacaq.

“Levski”də hücumçusu Mustafa Sanqare görüşdə iştirak etməyəcək. Rəqib cərimə meydançasında hərəkətli oyunu ilə seçilən və müdafiəçiləri tez yormağı bacaran hücumçunun yoxluğu “Sabah” üçün müsbət məqamlardandır. Eyni zamanda bolqarların aparıcı üzvü Georgi Kostadinovun da oyuda iştirakı sual altındadır.

Meydan amili “Sabah”ın xeyrinədir. Görüşdə 7 minə yaxın azarkeşin olacağı gözlənilir. Rəqibi təzyiq altında saxlamaq, güclü pressinq və erkən qol vurmaq oyunun düyümünü daha tez aça bilər.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Avqust 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see604

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see358

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see273

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see258

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see219

Tarkan xanımı və qızı ilə

13 İyul 2026 00:46see214

Avtomobili insanların üzərinə sürdü, ölənlər var

13 İyul 2026 03:51see212

Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır

13 İyul 2026 05:56see190

İrəvanda silahlı ATIŞMA olub TƏCİLİ

13 İyul 2026 01:23see187

Baloqunun cəzasını təkbaşına ləğv edib FIFA da qalmaqallı qərar

13 İyul 2026 01:50see177

Yalan danışanlar özlərini bu cümlələrlə ələ verir

13 İyul 2026 05:14see172

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see167

Ukrayna sərhədçiləri: Belarusdakı vəziyyət istənilən an dəyişə bilər...

12 İyul 2026 18:19see166

Elektrikli avtomobillərdə 5 dəqiqəyə enerji doldurma dövrü yaxınlaşır

13 İyul 2026 05:31see164

Fənərbaxça dan 45 milyonluq transfer

13 İyul 2026 07:06see158

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see157

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see156

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

12 İyul 2026 22:58see156

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see149

SEPAH: İran ABŞ nin Küveytdəki bir neçə hərbi obyektini məhv edib

13 İyul 2026 07:33see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri