“Sabah” yeni transferini açıqladı RƏSMİ
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.
26 yaşlı futbolçu Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib.
Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.
Bizim.Media
Baxış sayı:120
Bu xəbər 10 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















