“Sabah” zəif deyil, sadəcə təcrübə toplamaq lazımdır”
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah” Çempionlar Liqasının III turunda “Borussiya”ya (Dortmund) uduzub – 1:2.
Veteran futbolçu Kamal Bayramov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Məğlubiyyəti necə şərh edərdiniz?
– “Borussiya” heyət, keyfiyyət baxımından üstün idi. Buna baxmayaraq, “Sabah” kifayət qədər layiqli mübarizə apardı və bəzi məqamlarda onlara çətinlik yarada bilmədi. Düşünürəm ki, bu cür matçlar gələcəkdə daha keyfiyyətli futbolu vəd edir.
– Sizcə, xal və ya xallar qazanmaq üçün nə çatmadı?
– Keyfiyyət və təcrübə məsələsi sözünü dedi. “Sabah”ın ikinci hissədə şansları oldu, amma qola çevirə bilmədilər. Bu da futbolçuların fərdi ustalıqları ilə bağlı məsələdir. Demirəm ki, onlar keyfiyyətsizdir, yox, sadəcə daha yaxşı olmaq üçün təcrübəyə və vaxta ehtiyacları var.
– “Sabah”ın turnirdəki növbəti oyunlarından gözləntiləriniz nədir?
– Çempionlar Liqasında asan rəqib olmur. “Sabah” zəif deyil, sadəcə təcrübə toplamaq lazımdır. “Borussiya”nın futbolçuları meydanda çox rahat, təmkinli idilər. Onlar uzun müddətdir, belə turnirlərdə oynayırlar. “Sabah” isə debütantdır. Məncə, oyunlarını daha da yaxşılaşdırıb, növbəti matçlarda dinamik ola biləcəklər.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 21 Oktyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















