“Sabah”da ciddi problem “Qarabağ”la oyunlardan əvvəl həyəcan siqnalı...
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Bilindiyi kimi, Misli premyer-liqasının son 6 turunda önəmli, həlledici oyunların şahidi olacağıq.
Qarşıdakı həftələrdə həm çempionun, həm avrokuboklara vəsiqə qazanacaq, həm də premyer-liqanı tərk edəcək komandaların adına aydınlıq gələcək. Əlbəttə, belədə istənilən komanda fiziki və psixoloji baxımdan yüksək səviyyədə hazırlıqlı olmalıdı. İş ondadı ki, bu ərəfədə çempionluğun biraddımlığında olan “Sabah”da eniş hiss edilir. Düzdü, Masazır təmsilçisi son 30 matçda (25 premyer-liqa, 5 kubok matçı) uduzmayıb. Lakin son görüşlər “bayquşlar” üçün yetərincə çətin keçib.
Belə ki, komanda ölkə kubokunun yarımfinalında - “Qarabağ”la oyunda hesabı açsa da, Kadi Borgesin dublu üzündən hesabda geri düşdü. Sonradan bərabərlik qolunu vuran “bayquşlar” meydandan “sülh”lə ayrıldı. “Sabah” premyer-liqanın 26-cı turunda “Araz-Naxçıvan”la oyunda da oxşar aqibətlə üzləşdi. Bu dəfə hesabı “qırmızı-ağlar” açdı. “Bayquşlar”ın cavab qolundan sonra növbəti dəfə fərqlənən naxçıvanlılar yenidən önə keçsə də, daha üç dəfə fərqlənən “Sabah” qələbə qazandı. Sonuncu belə hal 27-ci turda yaşandı. Yenə “Zirə”ni qəbul edən “Sabah” hesabı aça bildi. Lakin qonaqların iki dəfə fərqlənməsi meydan sahiblərinin hesabda geri düşməsinə səbəb oldu. Sonradan fərqlənən “bayquşlar” meydanı heç-heçə ilə tərk etdi.
Təbii ki, qeyd olunan məqamlar futbolun adi hadisələrindən biridi. Lakin “Sabah”ı qarşıda “Qarabağ”a qarşı ardıcıl iki matç gözləyir. Komanda premyer-liqanın 28-ci tur oyununda və ölkə kubokunun yarımfinalının cavab görüşündə qarşılaşacağı “köhlən atlar”ı məğlub etməklə “qızıl dubl”a doğru inamlı addım ata bilər.
Bəs, baş məşqçi Valdas Dambrauskas “bayquşlar”ı daha yüksək səviyyəyə çatdıra biləcəkmi? Problem qısa müddətdə həllini tapacaqmı? Bu sualların cavabını aprelin 18-də “Tofiq Bəhramov”da keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşması “verəcək”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 Aprel 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















