Sabahdan bu məhsulların ixracı kəskin bahalaşacaq
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabahdan Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər qüvvəyə minəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bəzi məhsullar üzrə ixrac gömrük rüsumları 100 dəfə artırılacaq.
Belə ki, Azərbaycandan ixrac edilən tökmə çuqunun tullantıları və qırıntıları, eləcə də qalay təbəqəsi ilə örtülmüş qara metalların tullantıları və qırıntıları üçün 1 000 kiloqrama görə tarif dərəcəsi 7 ABŞ dollarından 500 ABŞ dollarına qaldırılıb.
Torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalı tullantıları, mişar tullantıları və təkrar əridilmə üçün nəzərdə tutulan külçələr (şixta külçələri) üzrə tarif dərəcəsi isə 1 000 kiloqram üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
Qərar sentyabrın 22-də imzalanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:40
Bu xəbər 22 Oktyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















