Icma.az
close
up
RU
“Sabahdan etibarən çempionat haqda fikirləşməliyik” Valdas Dambruaskas

“Sabahdan etibarən çempionat haqda fikirləşməliyik” Valdas Dambruaskas

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Sabah” bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın “Levski” klubuna 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

“Əvvəlcə “Levski”ni növbəti mərhələ münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. İki oyunda qollar vura bilmirsənsə, rəqib növbəti mərhələyə keçməyə daha layiqdir. Bu gün azarkeşlərimizə böyük təşəkkür edirəm. Çox gözəl atmosfer yaratmışdılar. Taktiki cəhətdən bu oyun barəsində nələrsə demək çox çətindir. Biz çox məyus olmuşuq. Amma bu məyusluğu, pis hissləri unutmalıyıq. Sabahdan etibarən çempionat haqda fikirləşməliyik. Biz çox şeyləri artırmalıyıq. Çalışmalıyıq ki, yenidən öz xəyalımız olan avrokuboklara qatılaq”.

– Heyət barədə fərq olmasa da, bu gün Sofiya ilə müqayisədə daha qorxaq “Sabah” gördük. Səbəb nə idi?

– Bilmirəm siz nəyə görə belə qorxaqlıq adlandırırsız? Oyunçularımıza hörmətsizlik kimi qəbul edirəm. Sofiyada intizamlı oynadıq. Heç-heçəyə yaxşı nəticə deyə bilməzdim. Son saniyə heç-heçədən bizi ayırdı. İnkişaf etməyimiz üçün çox şey var. Bugünkü oyunun birinci hissəsini təhlil etsəz, xətlər arası oyunçularımız necə açılırdı. Bu gün fərq var idi. Rəqib risk etmirdi, biz daha çox risk etməliydik. Birinci hissədə bir səhvimiz oldu , o da qolla nəticələndi. Bundan sonra risklər aldıq. Üçüncü zonaya gələrkən, daha dəqiq paslar çatışmırdı bizdə. Boşluqlar çatmağa çətinlik çəkirdik.

– Sizcə, “Sabah”ın bugünkü oyunu stadiona gələn azarkeşlərə hörmətsizlik deyildi? 

– Bu insanları nəzarət etmək əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Yaxşı nəticə olsaydı, bizə təşəkkür edəcəkdilər, stadiona tərk etməyəcəkdilər. Amma onlara səbirli olmağa çalışıram. Üzgünük ki, onları üzdük. Ən azından hesabı bərabərləşdirib, intriqanı artıra bilərdik. Azarkeş mədəniyyəti bir gündə yaratmaq mümkün deyil.  

– Etiraf edirsiz ki, Pavol Şafranko və Cessi Sekidikanın meydanı tərk etməsindən sonra hücumda effektlik azaldı? Uğursuz əvəzetmə olduğunu demək olar?

– Yanlış xatırlamıram ki, bu dəyişikliyi 70-ci dəqiqədən sonra etdik. Əlbəttə ki, hər dəyişikliyin arxasında xoş niyyət var. Bilirik ki, daxil olan oyunçu daha fərahdır, daha güclü olur. İstəyirik ki, oyuan qatqı versin. Qol vursaydılar, deyəcəkdiz siz necə oxuduz oyunu? Əfsuslar olsun ki, bu gün bu işləmədi. Hər dəyişikliyin arxasında yaxşı niyyət var. Kahim Parris də meydana daxil oldu.Cessinin yerinə Anatoli Nuriyev daxil oldu. Xəyal da həmçinin. Daha çox kreativlik istəyirdik. Mərkəz müdafiəçisi də meydana daxil oldu ki, Standart vəziyyətlərdən nəsə edək. Əfsuslar olsun ki, bu gün bu işləmədi.

– Sizcə, “Sabah” vaxtında lazımı sayda keyfiyyətli oyunçular transfer etmədiyi üçün hər iki oyunda uduzdu?

– Birinci hissədə rəqibin cəmi 1 zərbəsi oldu. İkinci hissədə bizə qol lazım idi. Rəqib çox arxaya çəkildi, bağlandılar və bizə boşluqlar vermədilər. Oyuna nəzarət edən tərəf biz idik. “Levski” əks-hücumlarda eç nə edə bilmirdi. Sadəcə bir fürsətləri oldu, ondan da yararlandılar. Bizim də onlara oxşar şanslarımız var idi. Biz yararlana bilmirdik. “Levski”yə qarşı oynayıdıq, Bolqarıstanda 2-ci idilər. Transfer dəyərləri bizdən artıqdır. Sofiyada da ən yaxşısını etməyə çalışdıq. Sadəcə 10 saniyə bizi yaxşı nəticədən uzaqlaşdırdı. İkinci oyuna da təsiri oldu. Bizim oyunçularımız hər şeyi etdilər. Amma bunu həll yolu o demək deyil ki, oyunçuları göndərək, yenilərini gətirək. mən elə məşqçi deyiləm. Bu, həll yolu deyil. Biz daha çox işləyib, daha ağıllı həll yolu tapmalıyıq ki, yeni sezon avrokuboklarda daha uğurlu çıxış edək.

– Liqada hədəf nədir?

– Çox yaxşı sualdır. Bizim məqsədimiz maksimum əlimizdən gələni edək ki, çempionatda hər matçdan qalib ayrılaq.(sportal.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 14 Avqust 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri