Sabahdan etibarən Gürcüstan parlamenti hökumətə etimad proseduruna BAŞLAYACAQ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sabahdan etibarən Gürcüstan parlamenti hökumətə etimad proseduruna başlayacaq.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, əvvəlcə yerli vaxtla saat 13:00-da Xarici Əlaqələr Komitəsinin iclası keçiriləcək. Burada xarici işlər naziri vəzifəsinə namizəd Maka Boçorişvili dinləniləcək.
Komitə iclasından əvvəl büro iclası keçiriləcək, burada Baş nazir vəzifəsinə namizəd İrakli Kobaxidze hökumətin yeni tərkibini və proqramını rəsmi təqdim edəcək.
Reqlamentə əsasən, parlamentin komitələri hər bir namizədi (nazirləri-red) ayrı-ayrılıqda dinləyəcək, plenar iclasda isə Baş nazir namizədi və hökumət komandası birgə parlamentə təqdim olunacaq.
Hökumətə etimad üçün 76 deputatın dəstəyi lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 25 Noyabr 2024 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















