Sabahdan KOB bazar satış yarmarkası başlayır
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına dəstək olmaq, eləcə də istehlakçıları birbaşa kənd təsərrüfatı və qida məhsullarının istehsalçıları ilə əlaqələndirmək məqsədilə martın 5-dən etibarən “KOB bazar” satış yarmarkasına start verilir. Bu barədə SİA İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Bildirilib ki, yarmarka Bakının Binəqədi rayonunda Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində yerləşir. Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək. Yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.
“KOB bazar”ın üstünlükləri təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsulları, məhsulları birbaşa istehsalçıdan almaq, ucuz və sərfəli qiymət, həmçinin KOB-ların məhsullarının satışına dəstək verməkdir.
Qeyd edək ki, “KOB bazar” satış yarmarkası KOBİA-nın təşkilatçılığı ilə, dövlət dəstəyi hesabına fəaliyyət göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Mart 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















