“Sabah”ın baş məşqçisi: Finalda “Neftçi” və “Qarabağ” yox, özümüz üçün oynayacağıq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 12 may, AZƏRTAC
“Sabah” ardıcıl ikinci ildir kubokun finalında iştirak edir. Düşünürəm ki, burada ola bilmək böyük şərəfdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalında “Zirə” ilə keçiriləcək görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
O, güclü komandaya qarşı mübarizə aparacaqlarını söyləyib: “Səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibi bu mərhələyə qədər gələ bildiyinə görə təbrik edirəm. Ümid edirəm ki, azarkeşlər də matçdan zövq alacaqlar. Karyeramda baş məşqçi kimi titullar qazanmışam. Bunlar heç də asan əldə olunmayıb. Sabahkı matç bizim üçün tarixi fürsətdir. Kuboka sahib olmaq üçün ona layiq olmaq lazımdır. Ötən il olduğu kimi bu il də qalib olub adımızı tarixə yazdırmaq istəyirik. Düşünürəm ki, həyəcanlı oyuna şahidlik edəcəyik”.
Litvalı mütəxəssis üzərilərində təzyiq hiss etmədiklərini söyləyib: “Nəyə görə başqa komandalara görə təzyiq hiss etməliyik? Sabah hər iki komanda üçün tarixi oyundur. Əldə edəcəyimiz nəticənin “Qarabağ” və “Neftçi”nin taleyinə necə təsir edəcəyi bizi maraqlandırmır. Bu barədə danışmağın heç bir mənası yoxdur. Çünki biz özümüz üçün oynayacağıq”.
Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.
Operator - Şövqi Əzizov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 12 May 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















