“Sabah”ın baş məşqçisi: “Növbəti mövsüm daha güclü olacağıq!”
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis "Norrköping Dolphins"lə oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis Avropa Kubokunda qazandıqları qələbəni (83:75) belə şərh edib:
"Qalib gəldiyimiz üçün şadam. Biz bu qələbəyə layiq idik! Təslim olmadıq. İntensiv məşqlərimiz oldu və bəhrəsini bu oyunda gördük. Lakin təəssüf ki, rotasiya ilə bağlı problemlər əvvəlki 3 oyunda təsirini göstərdi. Qələbəyə yaxın olsaq da, yekunda cəmi 1 və 4 xal fərqi ilə uduzduğumuz oyunlar oldu. İsveçdə daha hiyləgər, gücümüzü düzgün bölüşdürərək oynadıq. Bu oyunda komandada irəliləyiş gördüm. Düşünürəm ki, məğlub olduğumuz oyunlara baxmayaraq Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik. Növbəti mövsüm daha güclü olacağıq!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 14 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















