“Sabah”ın baş məşqçisi: “Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq”
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Çexiyanın "Nimburk" klubuna 65:93 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Rimas Kurtinaytis oyunla bağlı bir sıra açıqlamalar verib:
Baş məşqçimiz Rimas Kurtinaytisin “Nimburk”la oyundan sonra fikirləri:
“İlk olaraq rəqibi təbrik edirəm. “Nimburk” öz meydanında ev sahibi kimi oynadı. Bizə gəlincə daha sürətli və daha güclü oynamalı idik. Çempionlar liqasının müntəzəm mövsümündə debüt oyunumuz idi. Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq. Öz üzərimizdə işləyib digər rəqiblərə qarşı daha yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, "Sabah" ikinci oyununu oktyabrın 15-də Bakıda "Alba"ya (Almaniya) qarşı keçirəcək.
III MDB Oyunları: 3x3 basketbol üzrə yığmalarımız yarımfinalda ABŞ-li basketbolçu “Gəncə”də "Naxçıvan"dan iki yeni transfer Millimizin üzvü "Gəncə"də “Lənkəran” “Sumqayıt”a, “Quba” isə “Sərhədçi”ni məğlub edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 08 Oktyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















