“Sabah”ın futbolçusu 200cü oyununu keçirdi İdmanXəbər
Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah”ın futbolçusu Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XIII turuna təsadüf edib.
O, “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.
Premyer Liqada 2015/2016 mövsümündə debüt edən Mütəllimov 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.
Qeyd edək ki, T.Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.
Bu mövzuda digər xəbərlər:“Sabah”ın futbolçusu əməliyyat olundu İdmanXəbər
04 Noyabr 2024 19:07
“Sabah”ın komandalarından 3 qələbə İdmanXəbər
24 Yanvar 2025 14:56
“Sabah”ın komandaları növbəti matçlarına çıxıblar İdmanXəbər
06 Yanvar 2025 17:33
“Sabah”ın yeni transferi: “Stadionda görüşərik” İdmanXəbər
21 Yanvar 2025 12:47
Belçikalı mütəxəssis “Sabah”ın futbolçuları ilə görüşdü İdmanXəbər
23 Noyabr 2024 12:37
Baxış sayı:119
Bu xəbər 11 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















